Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə79/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Müəllimin pedaqoji ustalığı. Müəllimin pedaqoji ustalığı – az qüvvə və vaxt sərf 
etməklə səmərəli nəticələrə nail olmaq bacarığıdır. Bu bacarığa yiyələnən müəllim 
təlim-tərbiyə işini düzgün qurmaqla yüksək nəticələr qazanır, tələbələrlə yaxşı 
ünsiyyət yaradır, böyük hörmət və nüfuz sahibi olur. Pedaqoji ustalıq müəllimin 
fəaliyyətinin humanist istiqamətliliyinin, pedaqoji bilik və qabiliyyətlərinin, habelə 


pedaqoji texnikasının məcmusudur. Pedaqoji ustalığın bu ünsürlərini ayrılıqda 
nəzərdən keçirək. 1) Müəllim şəxsiyyətinin humanist istiqaməti – pedaqoji 
fəaliyyətin və ustalığın əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, 
sərvət meylləri, dünyagörüşü, pedaqoji fəaliyyətə və tələbəyə baxışları və s. daxildir. 
Humanist istiqamət gündəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe 
tutmasına, məqsədəuyğun şəkildə fəaliyyət göstərməsinə, tələbələrlə normal ünsiyyət 
qurmasına, pedaqoji fəaliyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirməsinə 
kömək göstərir.
2) Pedaqoji peşə bilikləri – müəllimin ustalığının vacib şərtdir. Elmi-pedaqoji 
biliklərə mükəmməl yiyələnmədən, nəzəri bilikləri təcrübəyə tətbiq etmədən ustad 
müəllim olmaq mümkün deyildir. Eyni pedaqoji təhsilə və staja malik olan iki 
müəllimin pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk növbədə, onların 
nəzəri hazırlığı və pedaqoji ustalığı ilə izah olunur. Müəllim psixoloji biliklərə də 
yiyələnməli, yaxşı psixoloq olmalıdır. Pedaqogika və psixologiyanı yaxşı bilməyən 
müəllim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi tibbi hazırlığı olmayan ara həkiminə 
bənzəyir. 3) Pedaqoji ustalığın mühüm bir ünsürünü pedaqoji-peşə qabiliyyətləri 
təşkil edir. Müəllim əvvəlki bölmədə nəzərdən keçirilən peşə qabiliyyətlərinə – 
akademik, didaktik, konstruktiv, ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə 
mükəmməl yiyələndiyi zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda 
yox, qarşılıqlı vəhdətdə, kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə 
etmək mümkündür. 4) Müəllimin pedaqoji ustalığının daha vacib bir ünsürünü 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin