Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə76/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Təşkilatçılıq qabiliyyətləri – müəllimin özünün və tələbələrin, habelə tələbə 
kollektivinin fəaliyyətini təşkil edib istiqamətləndirməklə bağlı qabiliyyətlərdir. Bu 
qabiliyyətlər pedaqoji fəaliyyət üçün çox böyük əhəmiyyətə malikdir, çünki 
bütövlükdə pedaqoji fəaliyyət təşkilatçılıq xarakteri daşıyır.
Perseptiv qabiliyyətlər – tələbənin daxili aləminə nüfuz etmək, psixi halını duymaq 
bacarıqlarıdır. O özündə bir neçə bacarığı birləşdirir: pedaqoji müşahidəçilik, 
başqalarının halına acımaq, pedaqoji intuisiya. Pedaqoji müşahidəçilik tələbənin, eləcə 
kollektivin zahiri əlamətləri, davranışı əsasında onun daxili vəziyyəti, psixi halı, 
inkişafı (bilik və davranışdakı kəsirlər, yaxud müsbət dəyişikliklər) haqqında 
informasiyalar əldə etmək bacarığıdır. Bu isə müəllimə öz işini düzgün qarmaqda 
kömək edə bilər. Müşahidəçilik başqa bir bacarıqla – empatiya (adamları başa 
düşmək, onların dərdinə şərik olmaq) bacarığı ilə sıx bağlıdır. Adamların daxili 
aləmini qavramaq (o cümlədən mimika ilə), onların sevinc və kədərini bölüşdürmək 
hər cür ünsiyyətdə, xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb edir. Bu 


bacarığın tətbiqi üçün müəllim özünü tələbənin yerində qoymalı, onun maraq və 
qayğıları ilə bölüşməyə çalışmalıdır. Müşahidəcilik və təcrübə insanda intuisiya 
qabiliyyətinin inkişafına əsas verir. Müəllimin fəaliyyətində intuisiya həm də pedaqoji 
fəhmdə ifadə olunur. Usta müəllim pedaqoji prosesin və ya konkret insanın inkişafının 
gedişini qabaqcadan duyur, buna müvafiq olaraq profilaktik tədbirlər görür. 
Nəzərdən keçirilən qabiliyyətlərə mükəmməl yiyələnən müəllim düzgün ünsiyyət 
qurmaqla təlim-tərbiyə işində yüksək nəticələr əldə edir. Pedaqoji qabiliyyətlər 
müəllimin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır. 
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
Müəllimin pedaqoji fəaliyyəti onun şəxsi keyfiyyətlərindən ayrılmazdır. Başqa peşə 
sahələrindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə – pedaqoji prosesə 
bilavasitə təsir göstərir. Müəllim, ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Buna görə 
də o, əsl mənada şəxsiyyət olmalı, kamil şəxsiyyət səviyyəsinə yüksəlməlidir. 
Müəllimin şəxsi keyfiyyətləri çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar: 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin