Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə75/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Akademik (nəzəri) qabiliyyətlər – müəyyən elm sahəsi ilə (fizika, riyaziyyat, 
pedaqogika, psixologiya və s.) bağlı qabiliyyətlərdir. Akademik qabiliyyətli müəllim 
yüksək elmi hazırlığı, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə seçilir. 
Didaktik qabiliyyətlər – müəllimin öyrətmək məharətidir. Bəzən müəllimin yüksək 
elmi səviyyəsi olsa da, öyrətməyi bacarmır. Didaktik qabiliyyətə malik olan müəllim 
isə elmi bilikləri daha yaxşı çatdırır, mövzunu tələbələrin başa düşəcəkləri şəkildə, 
onların səviyyəsinə müvafiq tərzdə izah edir, fikirlərin sadə, aydın, anlaşıqlı olmasına 
çalışır. Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim pedaqoji-psixoloji hazırlığını 
artırmalı, qabaqcıl pedaqoji təcrübəyə yiyələnməli, həmkarlarının dərslərində olmalı, 
yaxşı cəhətləri götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır. 
Konstruktiv qabiliyyətlər – müəllimin özünün və tələbələrin fəaliyyətini 
layihələşdirmək bacarıqlarında ifadə olunur. Bunun üçün təcrübəli müəllim tədris 
etdiyi fənnin məqsəd və vəzifələrini, hansı biliklərin, bacarıq və vərdişlərin tələbələrə 
aşılanacağını, onların hansı həcmdə və sistemdə, hansı vasitə və metodlarla 
keçiləcəyini müəyyənləşdirir, tələbələrlə aparılan bütün iş növlərini və formalarını 
(mühazirə, məşğələ, fərdi iş, elmi-tədqiqat işi, auditoriyadan kənar işlər və s.) 
planlaşdırır. 
Ünsiyyət (kommunikativ) qabiliyyətləri – adamlarla qarşılıqlı münasibət ya ratmaq 
bacarığında ifadə olunur. Bu bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə düzgün 


ünsiyyət yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır, təlimtərbiyə 
işində yüksək nəticələr əldə edirlər. Ünsiyyət prosesində insanın başqa adamları 
qavraması və onlara münasibinin xarakteri bir çox amillərlə bağlıdır. Aparıcı amillər 
kimi şəxsiyyətin dünyagörüşü, əqidə və baxışları, tələbatlarının xarakteri və onların 
təmin olunması vəziyyəti, başqa adamların onun üçün subyektiv əhəmiyyət kəsb 
etməsi (onun hansısa maraqlarının ödənilməsində iştirakı) mühüm rol oynayır. Bu 
amillərdən, xüsusən tələbatların təmin edilməsi vəziyyətindən asılı olaraq insan başqa 
adamlara fərqli (neqativ və pozitiv, kəskin və sakit) münasibət göstərir. Neqativ 
şəxsiyyət tipli adamlarda sərtlik, kobudluq, kinlilik, qapalılıq və s. bu kimi 
keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa adamlara, necə deyərlər, “qara 
eynəklə” baxır, onları mənfi planda qavrayır və onlara mənfi emosional münasibət 
bəsləyirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda isə pozitiv tipli 
kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl eynəklə” baxır, onları 
müsbət planda qavrayır və onlara müsbət emosional münasibət bəsləyirlər. Neqativ və 
pozitiv ünsiyyət tipləri müəllimlər içərisində də özünü göstərir. Xəstəliyi üzündən 
fərdi iş üçün tapşırığı yerinə yetirməyən tələbəyə müəllimlərdən biri deyir: 
“Xəstəliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa sıfır (0) bal 
yazacağam”. Digər müəllim isə başqa mövqedən çıxış edir: “Xəstələnib tapşırığı 
yerinə yetirmədiyin üçün çox heyfslənirəm. Amma imkan olanda tapşırığı yerinə 
yetirərsən. Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi, iki müəllim 
eyni vəziyyətə çox fərqli münasibət bildirir: birinci halda neqativ, ikinci halda isə 
pozitiv ünsiyyət tipi özünü göstərir. Birinci müəllim tələbəyə sadəcə tərbiyə obyekti 
kimi baxırsa, ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi yanaşır, insanı ali dəyər 
kimi qiymətləndirir və ona bu cür də münasibət göstərir. Hər bir müəllim özündə və 
tələbələrində insana münasibətdə humanist kommunikativ özək formalaşdırmağa 
çalışmalıdır. Belə olduqda müəllim tələbələrlə normal ünsiyyət qurur, onun nüfuzu da 
yüksəlir. Ünsiyyət qabiliyyətləri içərisində pedaqoji takt mühüm yer tutur. Pedaqoji 
takt – müəllimin tələbəyə səmərəli təsir vasitələrini tapıb tətbiq etməsi, bu zaman 
müəyyən ölçü hissi gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt 


ünsiyyətdə müəyyən hədd göstərməkdə, həddi aşmamaqda, “qızıl orta xətt” tapmaqda 
ifadə olunur. Ünsiyyət prosesində həddi aşmaq, israfçılıq əks nəticələrə gətirib çıxarır: 
hədsiz tələbkarlıq itaətsizlik doğurur, hədsiz yumşaqlıq saymazyanalığa səbəb olur, 
hədsiz tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli və etiraz 
doğurur. Pedaqoji takt yaranmış çətin situasiyadan ustalıqla çıxmaq bacarığında da 
özünü göstərir. Bəzən yaranmış vəziyyətdən çıxmaq üçün müəllim neqativ-mənfi 
yönəlişliyi (ustanovkanı) pozitiv-müsbət yönəlişliklə əvəz etməyə çalışır. Tələbə 
söhbət etməklə mühazirəyə mane olur. Bu zaman müəllim özündə yaranmış mənfi 
emosiyanı (qışqırıq, hədə, cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə 
əvəz etməklə gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan oğlan, 
görünür ürəyin sözlə doludur, söhbətin bir hissəsini tənəffüsə saxla”, “Deyəsən, bu 
gün sənin çayına dilotu qatıblar”). Pedaqoji takta malik müəllim tənqidə çox yer 
vermir, çünki tərif və mehribanlıq şəraitində insan tənqid şəraitində olduğundan daha 
yaxşı çalışır. Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx bağlıdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin