Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Müəllimin şəxsi-mənəvi keyfiyyətləri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə78/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3. Müəllimin şəxsi-mənəvi keyfiyyətləri.
Buraya ədalətlilik, 
xeyirxahlıq, humanizm, düzlük, doğruçuluq, sadəlik, 
təvazökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədənilik, pedaqoji etika və b. keyfiyyətlər 
daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun təlim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı 
müəllim, hər şeydən əvvəl, yaxşı tərbiyəçidir, nəcib, alicənab, mədəni insandır. 
Müəllimlik humanist peşədir. Tərbiyənin məqsədi – insanlıq, vasitəsi isə - insana 
qayğı, hörmət və sevgidir. Humanizm xeyirxahlıqla, ədalətliliklə, tələbkarlıqla vəhdət 
təşkil edir. Ədalət – pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan qəlbini 
nəcibləşdirir, ədalətsizlik isə kobudlaşdırır, qəddarlıq doğurur” (V.A.Suxomlinski). 


Buna görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır. Müəllim 
əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət göstərməyə 
onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin tərbiyəsi kimi 
çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olmayan keyfiyyətləri 
başqalarına verə bilməz. Buna görə də müəllim tərbiyə işinə özündən başlamalı, 
müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mədəniyyəti və 
mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özündə zahiri və 
daxili mədəniyyəti, müsbət əxlaqi keyfiyyətləri (düzlük, doğruçuluq, sadəlik, 
xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.
5. Müəllimin iradi-emosional keyfiyyətləri.
Pedaqoji 
fəaliyyətin 
və 
ünsiyyətin 
səmərəsi 
müəllimin 
iradi-emosional 
keyfiyyətlərindən də çox asılıdır. Müəllim iradəli, səbrli, təmkinli olmalı, öz hissi-
emosional halını idarə etməyi bacarmalıdır. Müxtəlif xarakterli, müxtəlif səviyyəli 
tələbələrlə işləmək nə qədər çətin olsa da müəllim öz hisslərinə, danışığına, 
hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbiləşib özündən çıxmamalıdır. 
Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin pedaqoji səriştəsizliyinin 
göstəricisidir: qışqırıq, hay-küy olan yerdə kobudluq, anlaşılmazlıq, emosional 
gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur. Müəllim üçün vacib keyfiyyətlərdən 
biri də tələbələr yanında nüfuza malik olmasıdır. Dərin bilik, mədənilik və mənəviyyat 
nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə 
asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala 
bilər. Buna görə də hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, 
öz nüfuzunun keşiyində durmalıdır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin