Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə77/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

1. Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri. Buraya müəllimin ideya inamı, məslək 
və əqidəsi, vətəndaşlıq yetkinliyi, siyasi şüurluluğu, elmi dünyagörüşü, sosial fəallığı, 
yüksək ziyalılığı kimi keyfiyyətlər daxildir. Müəllim yüksək əqidə, məslək sahibi, 
müəllim-Vətəndaş olmalıdır. O, xalqın, vətənin problemləri ilə yaşamalı, gəncliyi də 
bu ruhda yetişdirməlidir.
2. Müəllimin peşə keyfiyyətləri. Buraya müəllimin dərin zehni biliklərə malik olması, 
yüksək ixtisas və peşə hazırlığı, pedaqoji-psixoloji və metodik ustalığı, təlim-tərbiyə 
işini yüksək səviyyədə həyata keçirmək bacarığı, nikbinlik, tələbkarlıq, məsuliyyət 
hissi, pedaqoji mərifət, tələbə psixologiyasına bələdlik, onlarla düzgün qarşılıqlı 
münasibətlər qurmaq bacarığı, tələbələrdə tədris etdiyi elmə və seçilən ixtisasa maraq 
yaratmaq bacarığı və s. daxildir. Müəllimin ən başlıca keyfiyyəti öz elmini dərindən 
bilməsi və sevməsidir. Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və möhkəm 


mənimsənilir. Tələbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən, 
sevən və böyük həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə 
məşğələlərdə “bilmirəm” deməyə adam utanır.
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra peşə keyfiyyətləri tələb edir:
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət etməyə 
imkan verir;
Təkidlilik – qarşıya qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir; 
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa düşməyəndə ünsiyyətdə 
soyuqluq, bəzən də münaqişə yaranır; 
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq olur; 
yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz;
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir. Bu 
keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji təfəkkürə yiyələnməli, idrak və 
praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbələrdə 
müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin