Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə73/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
Ali məktəb müəlliminin fəaliyyətinin səmərəliliyi onun öz funksiyalarını yüksək 
səviyyədə yerinə yetirməsi ilə sıx bağlıdır. Bu funksiyalara daxildir: təhsilverici, 
tərbiyəedici, inkişafetdirici, stimullaşdırıcı, elmi-tədqiqatçılıq funksiyaları.
Təhsilverici funksiya ali məktəbdə verilən profilə uyğun olaraq tələbələri 
sistemləşdirilmiş elmi biliklərlə, peşə-ixtisas hazırlığına müvafiq bacarıq və vərdişlərlə 
silahlandırmaqda ifadə olunur. Bunun üçün tələbələrə hazır informasiyaların 
ötürülməsi azdır; onların özlərinin müstəqilliyini artırmaq, onları yaradıcı axtarışlara 
geniş cəlb etmək vacibdir. Təhsildə ağırlıq hafizəyə, yaddaşa yox, daha çox təfəkkürə, 
sərbəst fikrə düşməlidir. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılardır?” 
suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgündür?”, “Sən 
bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim 
materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına 
şərait yaratmış olur. Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil 
tələbatı tərbiyə etməlidir. İlk növbədə, müəllim tələbələr üçün dərin bilik, geniş 
erudisiya, ağıl, intellekt, elmi maraqların zənginliyi nümunəsi olmalıdır. 


V.A.Suxomlinskinin təbirincə desək, əgər müəllim tək bircə gün öz intellektual 
inkişafından qalarsa, o, yetirmələri üçün bilik məşəli olmaqdan məhrum olacaqdır.
Tərbiyedici funksiya bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, metod və 
priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyətlərinin 
formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə ifadə 
olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər şeydən 
əvvəl, tərbiyəçidir. Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti 
ilə tələbələr üçün tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – 
vicdanla, inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin