Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə67/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Kollektivin inkişaf mərhələləri. Kollektivin təşkili uzun sürən prosesdir; kollektivin 
inkişafında dörd mərhələ ayırd edilir. Birinci mərhələ kollektivin təşəkkülü mərhələsi 
adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, kurator, dekanlıq, qrup nümayəndəsi 
çıxış edir. İkinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin-
tərbiyəçinin, kurator və qrup nümayəndələrinin dayağı kimi çıxış edir, onların 


tələblərini müdafiə edir, kollektivin həyatında fəallıq göstərirlər. Üçüncü mərhələ 
özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə kollektivin əksər üzvləri onun 
həyatında fəal iştirak edir, yoldaşlarına tələblər verirlər. Bu mərhələdə kollektivin 
ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə çevrilir. Dördüncü 
mərhələ kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə kollektivin bütün 
üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir. Beləliklə, tərbiyə 
özünütərbiyə ilə qovuşur. Kollektivin təşəkkülü və formalaşmasının göstərilən 
mərhələləri onun inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən 
tədricən özünüidarə və özünütənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi 
kimi çıxış edir. Kollektivin tərbiyəsi. Kollektivi təşkil edib formalaşdırmaqla yanaşı, 
onun tərbiyəsi qeydinə də qalmaq lazımdır. Əks halda böyük zəhmətlə yaradılan 
kollektiv inkişaf etməz, zəifləyib dağıla bilər. Tələbə kollektivinin tərbiyəsi üçün 
müxtəlif yollardan istifadə edilir. Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında 
fərəhli məqsədlərin qoyulmasıdır. Fərəhli məqsəd uğrunda mübarizə kollektivi 
möhkəmlədir, onun həyatına sevinc və gümrahlıq gətirir. Tərbiyə işinin ustası 
A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli perspektiv vəzifələrin üç növünü 
müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv. Perspektiv vəzifələrin müntəzəm və 
rəngarəng olmasına diqqət yetirilməlidir. Bir vəzifə əldə edilərkən yenisini irəli 
sürmək lazımdır. Kollektivin tərbiyəsində ənənələrin rolu da böyükdür. Ənənə 
dedikdə, dövri olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar 
başa düşülür. Ənənə kollektivi dağılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada 
A.S.Makarenko ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə ənənə 
qədər kollektivi möhkəmlətmir. Tərbiyə təcrübəsində ənənələrin iki tipi özünü 
göstərir: daxili intizam qaydaları ilə və kütləvi tədbirlərlə bağlı ənənələr. Birinci tipə 
auditoriyanı təmiz saxlamaq, dərslərə gecikməmək, yüksək qiymətlərlə oxumaq, ad 
günlərinin keçirilməsi, oğlanların qızlara diqqət və qayğı göstərməsi, xəstələrə qayğı 
və s. misal ola bilər. Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan və 
təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin və bayramların 
keçirilməsi, ilk zəng, son zəng, məzunların görüşü, hər tələbənin bir ağac əkib ona 


qulluq etməsi, hər il spartakiada və fənn olimpiadalarının keçirilməsi və s. kimi 
ənənələr bura daxildir. Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunu 
artırmaq və onlara qayğı göstərməkdən ibarətdir. Fəalları ən mühüm və məsul 
fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara etimad göstərmək və müəyyən 
səlahiyyətlər vermək, onlarla mehriban işgüzar münasibət yaratmaq lazımdır. Bu, 
fəalların kollektivdə rolunun və sayının artması baxımından əhəmiyyətlidir. 
Kollektivin 
tərbiyəsində 
şəxsiyyətlərarası səmimi qarşılıqlı münasibətlərin 
yaradılması, yoldaşlıq və dostluğun möhkəmləndirilməsi də mühüm şərtdir. Bu 
məqsədlə birgə maraqlı tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun 
və əyləncələr və s.) keçirmək faydalıdır. Gənclik illərində dostluq bəzən qızlar və 
oğlanlar arasında sevgiyə çevrilir. Bunu başa düşmək, ona hörmətlə yanaşmaq, onun 
yüksək mənəvi əsasda olmasına kömək etmək lazımdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin