İdeya-mənəvi tərbiyə. İdeya-mənəvi tərbiyə ahəngdar
inkişaf etmiş şəxsiyyət
tərbiyəsinin əsas istiqamətini təşkil edir. İdeya-mənəvi tərbiyənin nəzəri əsasını
dialektik materializm təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial-əxlaqi normalar
təşkil edir. İdeya-mənəvi tərbiyənin psixoloji əsası kimi bilik, əqidə, hiss və əməli
fəaliyyətin vəhdəti prinsipi çıxış edir. Ağılla və ürəklə dərk olunmuş ideyalar insanın
davranış və fəaliyyət motivinə çevrilir, siyasi və ictimai fəallığını artırır. Gənc qəlbdə
mənəvi gözəlliyə, yüksək ideyaya heyranlıq, əxlaqi igidlik qarşısında təəccüb,
iftixar
hissləri yarandıqda siyasi və əxlaqi ideyalar insanın inamına, əqidəsinə daha tez
çevrilir, onda həmin ideyalarla yaşamaq arzusu və həvəsi doğurur. K.D.Uşinskinin
dediyi kimi, insanın xarakteri gənclik alovunda yaranır. Çalışmaq lazımdır ki,
gənclərin qəlbində əxlaqi nəciblikdən doğan alov həmişə yansın, onları xeyirin
təntənəsinə, şərə qarşı mübarizəyə yönəltsin. İdeya-mənəvi tərbiyə qarşısında bir sıra
vəzifələr durur: - gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə xalqımızın
inqilabi, döyüş və əmək ənənələri ruhunda tərbiyə etmək; - gəncləri mütərəqqi bəşəri
və
milli ideyalar, siyasi normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə
silahlandırmaq; - böyüyən nəslin ictimai-siyasi fəallığını artırmaq, bunun üçün zəruri
bacarıq və vərdişlər aşılamaq. İdeya-mənəvi tərbiyə işi ilk
növbədə təlim prosesində
həyata keçirilir. Ayrı-ayrı fənlərin tədrisində ictimai-siyasi baxışlar, ideya inamı
formalaşdırmaq üçün geniş imkanlar vardır. Müəllim bu imkanlardan istifadə edib
gənclərdə ideya-siyasi təsəvvür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi
həyat hadisələrinə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. İdeya-mənəvi
tərbiyənin mühüm bir istiqaməti gənclərin ictimai-siyasi fəaliyyətini
təşkil etməkdən
ibarətdir.
Dostları ilə paylaş: