psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc sağlam
rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış
metodu bu
meyli təmin etməyə xidmət göstərir. Rəğbətləndirmə metodu insanın davranış və
fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı
hərəkətlərə həvəsləndirən
metoddur. Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə
olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq,
şərəf lövhəsinə və ya kitabına
tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək,
valideynlərə razılıq məktubu göndərmək və s. Cəzalandırma metodu insanın davranış
və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi
güdür. Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq,
şifahi və
yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya,
gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s. Cəzalandırma və
rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan
düzgün istifadə etmədikdə
tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi
şərtləri gözləmək vacibdir:
a) rəğbətləndirmə və cəza ədalətli (gəncin hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı
ölçülüb-biçilməmiş, tələsik verilən cəza tərbiyə işinə böyük ziyan vura bilər;
b) cəza zamanı müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər);
c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci
dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz);
ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc
bilməlidir ki, bu gün
yaxşı hərəkətinə
görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər).
Dostları ilə paylaş: