Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Kinematik zəncirlərdə sərbəstlik dərəcələri



Yüklə 159,4 Kb.
səhifə17/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Kinematik zəncirlərdə sərbəstlik dərəcələri.

Əgər bərk cismin irəliləmə hərəkətində heç bir əngəl maneə olmazsa, onda bu cismin bir – birinə perpendikulyar olan 3 koordinant oxu üzrə yuxarı – aşağı, sağa – sola, önə - arxaya və həmin oxlar ətrafında fırlanma hərəkətləri ola bilər. Deməli belə cismin 6 sərbəstlik dərəcəsi ola bilməz, çünki onu bədəndən ayırmaq olmaz. Oynaqlarda hərəkətin sərbəstlik dərəcəsi 3 – dür. Buna da səbəb oynaq aparatının elementləridir, yəni oynaq kisəsi, oynaq daxilində yerləşən bağlar, gialin qığırdağı. Bu elementlər hərəkətləri azaldırlar. Cismin hər hansı bir nöqtəsi qeyd edildikdə və ya bərkidildə də həmçinin onun sərbəstlik dərəcələrinin sayı azalır. Bir ucundan bağlı olan sümüklərin üç ox ətrafında üç sərbəstlik dərəcəsi olur. Məsələn, şarabənzər oynaqlar (bazu, bud – zanaq oynaqları). İki tərəfdən bağlı olan sümüklərdə isə bir sərbəstlik dərəcəsi olur. Belə ki, həmin nöqtələrdən bir ox keçirilir ( flanqalararası, bazu dirsək oynaqları). İki oxlu oynaqlarda sümüklərin oynaq səthləri inkonqurent olduğuna görə onlar 2 sərbəstlik dərəcəsinə malik olurlar (mil – bilək oynağı). Açıq kinematik zəncirdə sonuncu hissənin hərəkəti başlanğıc hissəyə görə bütün ara hissələrinin sərbəstlik dərəcələrinin cəmi ilə müəyyən edilir. Məsələn, bazu sümüyü kürək sümüyünə nəzərən 3 sərbəstlik dərəcəsinə, dirsək sümüyü bazu sümüyünə nəzərən 1 sərbəstlik dərəcəsinə və nəhayət ən yuxarı ətraf radiusu bərabərində bədənə nəzərən müxtəlif istiqamətlərdə dairələr çəkə bilər.

Beləliklə insan bədəninin hissələri bir neçə sərbəstlik dərəcəsinə malik kinematik zəncirlərdən ibarətdir. Insanın hərəkət aparatını fəaliyyətə gətirən, mərkəzi sinir sistemindən sinirlər vasitəsilə gələn qıcıqlardır. Bu qıcıqlar müəyyən əzələləri gərir və hərəkətləri idarə edir. Ona görə də biz hərəkətlərimizi istənilən formada idarə edə bilirik. Bu isə əmək fəaliyyətində, idmanda və xreoqrafiyada geniş istifadə edilir.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin