məlum vəziyyətdə dəyişən duruşlar zamanı əzələ hərəkətlərinin və dinamik işinin müəyyən edilməsi;
sükut vəziyyətində və duruşların dəyişməsi zamanı tənəffüs hərəkətlərinin öyrənilməsi.
İnsan bədəninin dinamik şöbəsi üzrə: Icra olunan hərəkətin quruluşunun (dövrlər, fazalar, hərəkət anları) müəyyən edilməsi;
Hərəkət fazalarının vaxt münasibətlərinin təyin edilməsi;
Eyni adlı hərəkətlərin (yeriş, qaçış, tullanmalar, üzmə və s.) müqayisəli xarakteristikaları.
Bütün bu məsələləri həll etmək üçün, bədən və ya onun hissələrinin keçdiyi yolu, bu yola sərf olunan zamanı, hərəkətin sürətini və onun dəyişməsini (təcilini) təyin etmək lazımdır. Bundan başqa bədən və onun hissələrinin çəkisini, hərəkəti əmələ gətirən qüvvələri və s. müəyyən etmək zəruridir.