Mühazirə Biomexanika fənninin predmeti və üsulları



Yüklə 159,4 Kb.
səhifə13/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Qüvvə xüsusiyyətləri.

Cismin hərəkəti, hərəkətetdirici qüvvənin təsiri altında baş verir. Lakin, onun hərəkəti həm də ətalət üzrə yəni, hərəkətetdirici qüvvə olmadıqda, yalnız ləngidici qüvvə tətbiq edildikdə də əmələ gəlir. Hərəkət verici qüvvə həmişə tətbiq olunmur, ləngidici qüvvəsiz isə hərəkət baş vermir. Hərəkətin dəyişməsi isə qüvvənin təsiri altında baş verir. Başqa sözlə, qüvvə hərəkətin səbəbi olmayıb, hərəkəti dəyişdirən səbəbdir. Qüvvə xüsusiyyətləri qüvvənin təsiri ilə hərəkət dəyişikliklərinin əlaqəsini aşkara çıxarır.

Qüvvə bir cismin başqa cismə mexaniki təsirinin ölçüsüdür. Qüvvə F=ma kimi təyin edilir. Cismə tətbiq olunan qüvvə onun təcil almasına səbəb olur. Qüvvənin mənbəyi başqa cisim olur. Deməli 2 cisim qarşılıqlı təsir edir. I cisim II cismə və əksinə təsir edirlər. Nyutonun 3 – cü qanununa görə 2 cismin qarşılıqlı təsiri ədədi qiymətcə bərabər, istiqamətcə əks olur. Qüvvənin təsiri yalnız cismin irəliləmə hərəkətində özünü biruzə verir. İnsanın hərəkətində isə, bədən hissələri fırlanma hərəkəti edən zaman, dairəvi hərəkətlərin dəyişkənliyi qüvvədən deyil, qüvvə momentindən asılıdır. Qüvvə momenti, cismə tətbiq edilən qüvvənin fırladıcı təsirinin ölçüsüdür. Qüvvə momenti, qüvvənin onun qoluna hasilinə bərabər olan kəmiyyətdir. Qüvvənin qolu, qüvvə momenti mərkəzindən qüvvənin təsir nöqtəsinə qədər olan məsafədir.

Hər bir qüvvə impulsa malikdir. Qüvvə impulsu sürətin dəyişməsini müəyyən edir. Qüvvənin özü isə təcili yəni sürətin dəyişmə tezliyini xarakterizə edir. Fırlanma hərəkətində qüvvə momenti müəyyən vaxt ərzində təsir edərək impuls momentini yaradır.

Qüvvə impulsunun təsiri nəticəsində hərəkət miqdarı və hərəkət miqdarı momenti meydana çıxır.

Hərəkət miqdarı, cismin irəliləmə hərəkətinin ölçüsüdür və mexaniki hərəkətin digər cismə verilməsi əlamətini xarakterizə edir. Hərəkət miqdarı K=mV olur. Hərəkət miqdarı momenti fırlanma oxuna nəzərən ətalət momentinin bucaq sürətinə hasilinə bərabərdir:



Beləliklə, hərəkətin dəyişikliklərinin kinematik ölçülərinə (sürət, təcil) dəyişikliklərin dinamik ölçüləri (qüvvə, impuls, qüvvə impulsu, qüvvə momenti və s.) əlavə olunur. Bunlar birlikdə, qüvvənin hərəkətlə qarşılıqlı əlaqəsini əks etdirirlər.




Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin