Mühazirə Biomexanika fənninin predmeti və üsulları


İnsan hərəkətlərinin mexaniki xüsusiyyətlərini ölçmə



Yüklə 159,4 Kb.
səhifə36/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

İnsan hərəkətlərinin mexaniki xüsusiyyətlərini ölçmə

vasitələri və cihazları.

  1. Yolun ölçülməsi. sahənin ölçülməsi üçün santimetr lenti, xətkeş, ölçü taxtası, boy ölçən, bucaq ölçən və s. kimi vasitələrdən istifadə edilir. Bu vasitələrin köməyi ilə bütün məsafəni və ya məsafənin bir hissəsini, addımının uzunluğunu, tullanma hündürlüyünü təyin etmək olar. Hal – hazırda mexaniki hərəkətin miqdarını ölçmək üçün elektrik ölçü üsulu geniş yayılmışdır. Bu üsulun köməyi ilə bilavasitə oynaqlarda hərəkət əyriliyini, bucaq sürətini, əyrixətli hərəkətin təcilini təyin etmək olar.

  2. Vaxtın ölçülməsi. bunun üçün saniyəölçənlərdən, xronoskoplrdan, xronometrlərdən, metronomlardan istifadə edilir. Bunların köməyi ilə bütün məsafəni və ya onun bir hissəsini və bunlara sərf olunan zamanı, hərəkətin ayrı – ayrı fazalarının davamlılığını müəyyənləşdirmək olar. Vaxt göstəricilərini elektrosaniyə ölçənlərlə, fotoelementlərlə və s. qeyd etmək mümkündür.

  3. Sürətin və sürətin yeyinliyinin (təcilin) ölçülməsi. qət edilən məsafəni və bu zaman sərf olunan zamanı bilməklə sürəti və təcili ölçmək olar. Əvvəlcə yolun ayrı – ayrı hissələrində olan sürət, sonra bütün yol boyu orta sürət tapılır. Müəyyən zaman müddətində sürət dəyişmələrini bilməklə sürətin yeyinliyini hesablayırlar. Yolu, zamanı, sürəti və təcili əyani təsvir etmək üçün qrafiklərdən istifadə edilir.

  4. Qüvvənin ölçülməsi. təsir edən qüvvəni, cismin kütləsini və sürət dəyişməsini (təcilini) bilməklə təyin etmək olar: F=ma. əzələ qüvvəsi ölçmək üçün müxtəlif qüvvə ölçən cihazlardan istifadə edilir. Bu cihazlardan, ayrı – ayrı əzələ qruplarının gərginlik qüvvəsini, istinaq nöqtəsinə olan təsirini, miqdarını, təkan zərbə, sancma və s. qüvvəsini müəyyənləşdirmək üçün istifadə edilir. Bu cihazları 2 növə bölmək olar: 1) Birinci qrup cihazlar qüvvənin maksimal qiymətini (dinamometr) ölçmək üçün işlədilir. 2) İkinci qrup cihazlar isə qüvvənin dəyişmə əyrisini qeyd edirlər (dinamoqraf).


Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin