2.Biomexaniki tədqiqatlarda müşahidə və təcrübə.
Fiziki hərəkətləri öyrənən zaman müşahidə təcrübə kimi iki əsas tədqiqat metodundan istifadə edilir. Sadə müşahidə zamanı tədqiqatçı, hərəkəti olduğu kimi onun gedişinə fikir vermədən öyrənir. Bu müşahidə zamanı hərəkət haqqında təsəvvür yaranır. Yəni bədən hissələrinin hərəkəti, onun istiqaməti, amplitudu, sürəti, temporitmi, əzələlərin gərginlik dərəcəsi və hərəkətlərin miqdarı haqqında qeydlər edilir. Sadə müşahidə vasitəsilə hakimlər gimnastika, akrobatika, suya tullanma, idman oyunları və s. üzrə aparılan yarışlarda bir sıra idman məşğələlərinin icra olunmalarının keyfiyyətini müəyyən edirlər. Müşahidə zamanı adi stenoqrafiya və şərtli qeydlərdən istifadə olunur. Belə müşahidənin müsbət cəhəti, adi şəraitdə (məsələn, yarışlarda) öyrənilən hərəkət haqqında lazımi məlumatları almaqdır. Çünki, bundan hərəkəti icra edən şəxsin xəbəri olunur. Mənfi cəhəti isə tədqiqatçı tərəfindən hərəkətə verilən qiymətin subyektivliyidir. Başqa sözlə, bu zaman hərəkətin yolu, vaxtı, sürəti, əzələ qüvvəsi haqqında dəqiq, obyektiv məlumat almaq olmur, bu göstəricilər təxmini qəbul edilir.
Təcrübə və ya planlaşdırılmış elmi təcrübə ən mühüm tədqiqat metodudur. Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqatçı hərəkətlərin icrası üçün elə şəraitlər yaradır ki, bu zaman hərəkət texnikasının tədqiqi üzrə qoyulmuş məsələ təcrübə zamanı həm müşahidədən, həm də müxtəlif ölçü cihazlarında və foto – kino çəkilişlərindən istifadə olunur.
Dostları ilə paylaş: |