Mühazirə 8.
İnsan bədəninin statikası.
İnsan bədəninin və onun hissələrinin müvazinət şərtləri biomexanikanın statika hissəsində öyrənilib. İnsan duranda onun bədəninə iki xarici qüvvə təsir edir: ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi. Hər iki qüvvə miqdar cəhətcə bərabər və istiqamətcə bir – birinə əks olurlar. Deməli, onların həndəsi cəmi sıfıra bərabərdir.
Şaquli istiqamətdə gimnast asılı halda öz müvazinətini saxlayır, ona görə ki, onun bədəninə ağırlıq qüvvəsi və dayaq reaksiyası qüvvəsi təsir edərək bir – birini tarazlaşdırır. Gimnast, gimnast divarında “bayraq” vəziyyətində də öz müvazinətini bu iki qüvvənin tarazlaşması nəticəsində saxlayır.
Ən mürəkkəb vəziyyətlərdə insan bədəninin müvazinəti, qarşılıqlı yerləşən hissələrin dəyişməyən bərk cismin müvazinəti kimi müəyyənləşdirilir. İnsan bədəninə möhkəm cisim şəklini vermək üçün biz bədənin hissələrini bərkidirik. Bunun üçün bədənin ayrı – ayrı hissələrini bərkidən qüvvələri bilmək lazımdır.
Müxtəlif vəziyyətlərdə müvazinət şərtlərini müqayisələndirməklə müvazinətin təmin edilməsində daxili qüvvələrin əhəmiyyətini müəyyən etmək mümkündür.
İnsan bədəninin hissələrinin müvazinət şərtləri, bədənin tamlıqda olan müvazinət şərtləri kimidir. Hər hissənin müvazinəti o zaman əldə edilir ki, xarici qüvvə momentlərinin cəmi sıfıra bərabər olsun. Bədən hisələrinə təsir edən qüvvələrə əzələlərin dartma qüvvəsi, hissənin ağırlıq qüvvəsi və başqa qüvvələr aiddir.
Dostları ilə paylaş: |