Bədən vəziyyətlərinin saxlanması və dəyişilməsi.
Məlumdur ki, fiziki məşğələlərdə çox vaxt insana bədənin hərəkətsiz vəziyyətini saxlamaq lazım gəlir (məsələn, çıxış, son və ağırlıq vəziyyətlər). Bütün bu hallarda insanın bədəni biomexaniki sistem kimi müvazinətdə olur. Müvazinətdə həm də xarici cisimlər, yəni vəziyyət saxlayan insanla əlaqədar olan cisimlər (məs, ştanq, akrobatikada oyun yoldaşı – partnyor vəs .) də ola bilər.
İnsan bədəninin vəziyyəti müəyyən olunur: duruşu ilə, olduğu yer ilə, vəziyyət, oriyentasiyası ilə tanış olma ilə, dayağa olan münasibətlə.
Bədən vəziyyətini saxlamaq üçün, bədən hissələrini oynaqlarda möhkəmlətməli və yol verilməməlidir ki, xarici qüvvələr onun olduğu yeri, fəzadakı oriyentasiyası və dayaqla əlaqəsini dəyişdirsinlər.
Şaquli istiqamətdə gimnast asılı halda öz müvazinətini saxlayır ki, ona görə ki, onun bədəninə ağırlıq qüvvəsi və dayaq reaksiyası qüvvəsi təsir edərək, bir – birini tarazlaşdırırlar.
Müxtəlif vəziyyətlərdə müvazinətin təmin edilməsində daxili qüvvələrin də əhəmiyyəti böyükdür. Bu daxili qüvvələrə bədən hissələrinə təsir edən əzələlərin dartma qüvvəsi aiddir ki, bu bədən vəziyyətini saxlaya, dəyişə və bərpa edə bilər. Odur ki, əzələ qüvvələrini idarə etməklə insan öz bədən vəziyyətini saxlaya bilər.
Dostları ilə paylaş: |