Əgər birləşmə və kəsişmə əməlinin köməyilə çoxluqlardan düzəldilmiş ifadədə mötərizələr iştirak etmirsə, bu halda əvvəlcə kəsişmə əməlini icra etmək lazımdır.
Tərif:Tutaq ki, boş olmayan A və B çoxluqları verilmişdir. Açoxluğunun B çoxluğuna daxil olmayan bütün elementlərindən düzəldilmiş çoxluğa A və B çoxluqlarının fərqi deyilir. A B = C kimi yazılır.
Başqa sözlə, A çoxluğuna məxsus, B çoxluğuna məxsus olmayan elementlərdən düzəldilmiş çoxluğa A və B çoxluqlarının fərqi deyilir . Çoxluqların fərqi riyazi dildə aşağıdakı kimi yazılır