14
Ağ qovurma. Bunu hazırlamaq üçün dibi qalın qısa qazana kərə yağı yaxud
ərinmiş yağ qoyulub yüksək temperaturda qızdırılır sonra bunun içinə buğda unu
töküb periodik qaydada qarışdırmaqla açıq sarı rəng kəsb edincə 120-130 dərəcə
temperaturda qovrulur.
Ağ qovurmadan ağ və qırmızı souslar üçün istifadə edilir. Ağ qovurma
bilavasitə bulyona qatılası zaman hazırlanır.
Qırmızı qovurma. Bu qovurma çox vaxt yağsız hazırlanır. Burada yağ tətbiq
edilən hallarda tavanın içinə yağ (əksəriyyəti mal piyi) qoyulub 40-50 dərəcə
temperatura qədər qızdırılır sonra üstünə ələnmiş buğda unu tökülüb plitənin
üzərində yaxud qızdıcı şkafda qırışdırmaq şərtilə və qızılı rəngə çalana kimi 150-
160 dərəcə temperaturda qovrulur.
Bu qovurma qırmızı souslar üçün tətbiq edilir. Bəzən ələnmiş çiy buğda unu
kərə yağına qatılır. Buna təcrübədə soyuq qovurma deyilir. Soyuq qovurma tez və
az miqdar sous hazırlamaq lazım gələn hallarda tətbiq edilir. Burada kərə yağının
çəkisinə nisbətən 20-50% un tökülür.
Dostları ilə paylaş: