Çiçək kələm süflesi Çiçək kələm təmizlənib ayrı-ayrı hissələrə bölünür və təmiz yuyulub qaynar
duzlu suda bişirilərək qəlbirdən süzülür və əzilib ələkdən keçirilir. Eyni zamanda
60-70 temperaturlu orta qatılıqda hazır süd sousuna çiy yumurta sarısı vurulub
hamısı birlikdə qarışdırılır. Bu qayda əldə edilmiş kütləyə kələm püresi və çalınıb
köpükləndirilmiş yumurta ağı qatılıb yuxarıdan aşağıya doğru ehmalcasına
qarışdırılır. Həmin hazır kütlə dibinə kərə yağı sürtülmüş qəliblərə düzülüb marmit
üzərində bişirilir.
Süfrəyə verilən zaman bunun üstünə kərə yağı tökülür. Bu xörək 1, 2, 11 və
15№-li pəhrizlər üçün tətbiq edilir.
Hər pors üçün 200 q çiçək kələm, 80 q süd, 10 q un, 1 ədəd yumurta və 15 q
kərə yağı götürülür.