Qozlu biskvit. Xammalların miqdarı əsas biskvitdə olduğu kimidir. Əlavə olaraq 3 x/q
üyüdülmüş qoz ləpəsi götürülür.
Çalınmış biskvit kütləsinə üyüdülmüş qoz ləpəsi əlavə edilir, un töküb, dərhal
qarışdırır və əsas biskvitdə olduğu kimi formaya töküb bişirirlər.
Kakaolu biskvit. Xammalların miqdarı və hazırlanma qaydası əsas biskvitdə olduğu kimidir.
əlavə olaraq 2-3 ç/q kakao tozu götürülür, unla qarışdırılır ələnir.
Xamalı biskvit. Əla sort un - 2 st., yumurta - 6 ədəd, toz-şəkər - 1 st., xama 1 st., soda -1
çimdik.
Yumurtanın sarısını ağından ayırmalı. Toz-şəkərlə 10-12 dəqiqə çalıb üzərinə
soda ilə qarışdırılmış xama əlavə etməli. Ayrı qabda soyudulmuş yumurta ağını
köpük əmələ gələnə kimi çalıb şəkərlə hazırlanmış kütləyə qarışdırmalı, un əlavə
edib dərhal 30-35 sanıyə ərzində xəmir yoğurmalı. Hazır duru xəmiri əsas
biskvitdə olduğu kimi bişirmək və soyutmaq lazımdır.