Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə91/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

Mühazirə 13. 
 
Tort və pirojnalar üçün yarımfabrikatların hazırlanması, onların bişmə 
rejimləri 
 
 
 
 
 
 
 
Plan:  
 
1. Tort.  Onların  hazırlanması,  bişirilməsi və  bəzədilməsi. 
 
2. Müxtəlif  yarimfabrikatların  hazırlanması. 
 
1) Tort.  Onların  hazırlanması,  bişirilməsi və  bəzədilməsi. 
Tort  yüksək  qidalı  və  kalorili  yeyinti  məhsulu  olmaqla  yanaşı,  həm  də  stolu 
bəzəməli,  ona  cəlbedici  görünüş  və  bayram  əhval-ruhiyyəsi  verməlidir.  Tortların 
hazırlanması  üçün  təzə  və  yüksək  keyfiyyətli  ənənəvi  xammallarla  yanaşı  xüsusi 
dad  və  tama  malik  yeni  xammallardan  və  yarımfabrikatlardan,  meyvə  və 
giləmeyvələrdən  də  geniş  istifadə  etmək  lazımdır.  Bəzənməsinə  də  xüsusi  fikir 
verilməlidir.  Bu  isə  tort  bişirənin  bacarığından,  həvəsindən,  bəzək  üçün  istifadə 
olunan  əşyaların  müxtəlifliyindən  asılıdır.  Əvvəllər  daha  çox  biskvitli-kremli 
tortlar  hazırlanırdı.  Əsas  yarımfabrikatlı  biskvit  və  yağlı  krem  olmasına 
baxmayaraq səthinin bəzənməsinə, formasına, ölçüsünə və kütləsinə görə biskvitli-
kremli  tortların  30-dan  çox  çeşidi  hazırlanırdı.  Müasir  dövrdə,  müxtəlif  xəmirdən 
bişirilmiş  yarımfabrikatlar  əsasında  200-ə  qədər  çeşiddə  tort  hazırlanır.  Həmin 
tortların bəzədilməsi üçün yağlı kremlə yanaşı zülallı krem, bişmiş krem, xamalı və 
xamalı-qaymaqlı kremlərdən, pomadkadan, jele kütləsindən və s. yarımfabrikatdan 
istifadə  olunur.  Tortların  üzərinə  müxtəlif  güllər,  yarpaq,  modernləşdirilmiş 
omanentlər, şokolad fiqurlar, karamel bəzəkləri, meyvə-giləmeyvə, mürrəbə, sukat, 
marmelad və digər forma və bəzəklər vurulur. 
Tortların  hazırlanmasında  bir  çox  ümumi,  texnoloji,  gigiyenik  və  digər 
amillərə xüsusi fikir verilməlidir. Bunlardan əsasları aşağıdakılardır: 
1.  Bu  və  ya  digər  tortu  hazırlamaq  istədikdə,  əvvəl  reseptdə  nəzərdə  tutulan 
bütün  xammalların  evdə  olması  müəyyənləşdirilməlidir.  Xammalların  qarşılıqlı 
əvəz edilməsi tortun keyfiyyətinə və tamına mənfi təsiri göstərməməlidir. 


 
83

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin