Vanilli piroq. Əla sort un-2st., toz-şəkər-1,5st., kərə yağı-300q, nişasta-2 x/q, yumurta-10 ədəd, şəkərli vanilin-1 ç/q. Yumurtanın ağını sarısından ayırın. Yağı xama konsistensiyasına qədər isidib,
üzərinə nişasta və vanilin töküb taxta qarışıqla qarışdırın, sonra az-az yumurta sarısı
əlavə edib kütləni çalın. Başqa qabda soyudulmuş yumurta ağını 10-12 dəqiqə çalıb
üzərinə toz-şəkər əlavə edin. Şəkər əridikdən sonra iki çalıntını bir-birinə qatıb un
əlavə edərək xəmir yoğurun. Xəmiri qarışdırmaq olmaz, əks halda rezınləşir. Hazır
xəmir, içinə yağ sürtülmüş qənnadı formasına tökülür, səthi hazırlanır, 180-200 dərəcə
temperaturda 25-30 dəqiqə bişirilir. Soyuduqdan sonra şəkər kirşanı səpilir.