Qozlu krem Kərə yağı və qaymaqlı marqarin-100q, qovrulmuş və xırdalanmış qoz ləpəsi- 2x/q, kakao tozu-2ç/q, şəkər kirşanı- ¾ st., vanil-0,5 ç/q. Bu kremi qoz əvəzinə fındıq, badam, yerfındığı ilə də hazırlamaq olar.
Yağı qatı xama konsistensiyasına qədər çalıb üzərinə qovrulub narın gözlüklü
süzgəcdən keçirilmiş qoz ləpəsi, şəkər kirşanı, vanilin əlavə edib eyni cinsli kütlə
alınanadək qarışdırmalıdır.
Meyvə və giləmeyvə püresi ilə yağlı krem. Kərə yağı-100q, meyvə və giləmeyvə püresi (çiy mürəbbə)-4 x/q. Ev şəraitində qara qarağat, çiyələk, moruq, çay tikanı, albalı, zoğal, feyxoa və
digər meyvə və giləmeyvələrdən püre (çiy mürəbbə hazırlanır) hazırlanır. Həmin
püreləri xırda gözlükləri olan ələkdən və ya 1 qat tənzifdən keçirib eynicinsli kütlə
(püre) əldə etmək mümkündür. Həmin püredən qatılaşdırılmış südü əvəz etməklə
yağlı krem əldə etmək olar. Bu zaman hazır kremi əlavə olaraq ətirləndirmək
lazımdır. Kremin hazırlanması qatılaşdırılmış südlə yağlı kremdə olduğu kimidir.