89
Xəmirin resepti və hazırlanma qaydası əsas xəmirdə olduğu kimidir.
Yağlı krem üçün: kərə yağı- 100q, qatılaşdırılmış süd-6 x.q. vanilin.
Üstünə sürtməyə pomadka üçün: toz-şəkər-8 x.q., su 6-x.q, kakao tozu-2ç.q.
Hazırlanmış xəmiri kiçik çubuq formasında qənnadı təbəqələrinə çökdürüb
bişirirlər. Bişmiş pirojnalar soyuduqdan sonra bir qırağından bıçaqla kəsilib, həmin
yerdən pirojnanın içinə krem doldurulur. Kremi qənnadı şirəsinə və yaxud
perqament kağızından hazırlanmış üçkünc torbaya töküb, oradan sıxmaqla
pirojnanın içinə doldurmaq olar.
Pirojnaların üstünə şokoladlı pomadka çəkilir.
Krem və pomadkanın hazırlanması yarımfabrikatlar bölməsində verilmişdir.
Dostları ilə paylaş: