Pirojna və piroq. Əsas xəmirin resepti: əla növ un-1st, kərə yağı və ya marqarin -80q. Yumurta- 6ədəd, ¼ ç.q, su və ya süd-2/3st. Un ələnir. Qazana su, yağ və duz tökülüb yaxşıca qarışdırılır ki, deyirlər
əmələ gəlməsin. Taxta qaşıqla qarışdırmaq şərtilə 1-2 dəqiqə qızdırılır. Bişmiş
kütləni ocaqdan götürüb 70-80 dərəcəyə qədər soyudulur, qarışdıra-qarışdıra bir-
bir yumurta əlavə edilir. Bu zaman xəmiri çalmaq olmaz, ancaq eynicinsli kütlə
alınana qədər qarışdırmaq lazımdır. Yumurta çox iridirsə 5 ədəd, çox xırdadırsa 7
ədəd götürmək lazımdır. Hazır xəmir yumşaq, özlü konsistensiyaya malik olur.
Xəmir ucunda konusvari dəmir olan (diametri 10-15 mm) qənnadı kisəsinə və
yaxud perqament kağızından üçkünc torbaya töküb müxtəlif formalarda qənnadı
təbəqələrinə çökdürürlər. Qənnadı təbəqələrini yaxşı yağlamaq lazımdır.
Dəmlənmiş xəmirdən hazırlanan məmulatı 180-200 dərəcədə 30-40 dəqiqə
bişirirlər. Bişmiş məmulatın içərisindəki boşluğa yağlı və ya zülallı krem, povidlo,
mürəbbə və ya digər içliklər qoyulur.