Mühazirə ekologiyanin aktualliğI, predmeti və qenezisi


Mühazirə 3 NOOSFERA. BIOSFERANIN QURULUŞU. MÜHITIN FAKTORLARI ORQANIZMLƏRIN ADAPTASIYASI



Yüklə 483 Kb.
səhifə12/65
tarix25.12.2016
ölçüsü483 Kb.
#2897
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   65
Mühazirə 3

NOOSFERA. BIOSFERANIN QURULUŞU. MÜHITIN FAKTORLARI ORQANIZMLƏRIN ADAPTASIYASI
Noosfera (yunanca noos – ağıl, sfera – kürədir) – düşüncə çevrəsi, toplumla təbiətin qarşılıqlı münasibətlərinin çərçivəsində insan fəalliyətini çözücü inkişaf faktoru edən bir çevrədir. Buna antroposfera, biotexnosfera da deyirlər.

Bu anlayışı ilk dəfə fransız professor Lerua (1870-1954) təklif etmişdir. Onun fikrincə, noosfera insan düşüncəsinin yaratdığı bir ağıl çevrəsidir. Bu ideya üzərində Teyyar de Şarden, Berqson və Vernadski də işləmişdirlər.



Teyyar de Şarden materiyanın dirildilməsi (abiogenez), noosferanın son dayanacağının Tanrı ilə birlikdə olması ideyaları ilə çıxış etmişdir.

Lerua və Teyyar de Şardenin noosfera haqqında təliminin əsasında qədir roma filosofu Plotinin (205-270) ideyaları durur. Plotinə görə varlıq birdir və “Bir”dən (Tanrıdan) ibarətdir. Bu birlikdə “Bir”in işıq saçması (emanasiyası) baş verir. Bu işıqla onun varlığı bütün varlığa yayılır. İlk olaraq emanasiya sonu Düşüncə cevrəsi yaranır. Bu ideal aləmdir. Sonra emanasiya davam edir və Ruhların çevrəsi yaranır. Orada ruhlar yaranır və onlar material dünyada əks olunurlar. Material dünya isə yoxluğa yaxındır. Ancaq burada Tanrı işığının zərrəcikləri vardır. Onlara doğru gedən hər kəs ekstaza girərək Tanrı ilə qovuşa bilər. Ümumiyyətlə Tanrı işığından məhrum olan material dünya yenədə Onunla qovuşmağa can atır.



Lerua və Teyyar de Şardenin təkamül modeli Plotin fəlsəfəsini təkrarlayır. Bununla belə, onların təkamül nəzəriyyəsi çağdaş elmin kateqoriyalarında qurulmuşdur. Plotinə görə insan ekstaz vasitəsi ilə Ruhlar aləmindən çıxaraq ideal olan Düşüncə aləminə qovuşub, “Bir”lə birlikcə olmağa can atır. Teyyar de Şardendə də insan düçüncə çevrəsinə çıxaraq, Tanrıda əriməyə can atır.

Berqson (1859-1941) noosfera haqqındakı təlimi yaradıcı təkamüllə zənginləşdirmişdir. Ona görə, ilk reallıq metafizik və kosmik proses olan həyatdır. Onun strukturu intuisiya vasitəsi ilə anlaşılan uzunluğudur. Bu uzunluğun da aspektləri – materiya, ruh, , düşüncə, yaddaşdır.

Yerin geoloji tarixini araşdıran Vernadskiyə görə, yeni geoloji gücün və bəşəriyyətinelmi düşüncəsinin təsiri altında biosferanın yeni hala keçməsi müşahidə olunur – bu da noosferadır. Ancaq o, bu prosesin təfsilatını verməmişdir. Bəzən noosferanı gələcəkdə olan durum, bəzən isə onun bu gündə olması haqqında yazırdı. Bununla belə, noosferanın yaranıb inkişafının şərtlərini vermişdir. Bunlar aşağıdakılardır:



  1. Yerin hər yerində insanın yaşaması;

  2. Ölkələr arasında sıx bağlantıların yaranması və əlaqələrin bərkiməsi;

  3. Insanın geoloji rolunun başqa geoloji prosesləri üstələməsi;

  4. Biosferanın sərhədlərinin genişlənməsi və insanın kosmosa çıxması;

  5. Yeni enerji mənbələrinin açılması;

  6. Bütün insanların, irqlərin, və millətlərin bərabərliyi;

  7. İç və xarici siyasi məsələlərin çözülməsində xalq kütlələrinin rolunun artması;

  8. Elmi düşüncənin özgür olması və elmi axtarışların dini və siyasi basqılardan qurtulması. Ölkə səviyyəsində özgür elmi düşüncənin inkişafı üçün şərait yaratmaq.

  9. Xalq təhsilinin düşünülmüş sistemi və insanların güzaranının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması;

  10. Surətlə artan əhalinin bütün maddi və mənəvi ehtiyaclarının təmin edilməsi məqsədi ilə yerin ilkin təbiətinin fəlakətlərə gətirməmək şərti ilə dəyişdirilməsi;

  11. Savaşların tam ortalıqdan qaldırılması.

Çağdaç dünyada bu şərtlərin bəziləri tam, bəziləri isə qismən yerinə yetirilib.

Beləliklə biz, Vernadskinin göstərdiyi noosferarının, onu biosferaların başqa durumlarından fərqləndirən konkret əlamətlərini görürük. Onun yaranması prosesi yavaş-yavaş baş verir və buna görə də noosferanın biosferaya tam keçidi tarixini dəqiqliklə vermək mümkün olmayacaq. Bu barədə çeşidli fikirlər ola bilər.

Vernadski insanın fəaliyyətinin mənfi cəhətlərini də görmüşdur, ancaq buna ümumi uinkişafın tərkib hissəsi və istisna kimi baxırdı. O insan düşüncəsinə, elmi fəaliyyətin üstünlüyünə, gözəlliyin və xeyrin qələbə çalmasına inanmışdır. O nəyisə dahicəsinə öncədən görmüşsə də, nədəsə yanılmışdır. Beləliklə noosferanı inanc simvolu, elmi nailiyyətlərin təsiri altında biosfera proseslərinə insanın düşünülmüş qatılmasının idealı saymaq gərəkdir.


Yüklə 483 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin