Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Mühazirə 5.  Konkret və eksperimental metodların tədqiqi. Tədqiqatın



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   80
Tədqiqat üsulları

Mühazirə 5.  Konkret və eksperimental metodların tədqiqi. Tədqiqatın 
elmi metodları 
Elmi  idrakın  konkret-elmi  (özəl)  metodları  konkret  elmlərin,  məsələn 
iqtisadi  elmlərin  spesifik  metodlarıdır.  Bu  metodlar  cari  elmin  məqsəd 


 
 
funksiyasından  asılı  olaraq  formalaşdırılır  və  bircins  elm  sahələrinə 
qarşılıqlı  nüfuz  etmələrlə  xarakterizə  olunur.  Məsələn,iqtisadi  analiz 
metodları  mühasibat  uçotu  və  statistikanın  bazasında  inkişaf  etmişdir, 
onlar  qarşılıqlı  nüfuzetmələrlə,  formalaşdırıldıqları  bilik  sahəsinin 
hüdudlarından  kənara  çıxmalarla  xarakterizə  olunurlar.  İqtisadi  analiz 
metodları, digər iqtisadi elmlərin elmi tədqiqatlarında tətbiq olunurlar. 
Deməli,  tədqiqatın  ümumelmi  metodları  bir-birilə  qarşılıqlı  əlaqədə 
nəzəri  və  empirik  tədqiqatlarda  tətbiq  olunur.  İqtisadi  hadisələrin 
mahiyyətinə varmaq, onlariıı inkişaf qanunauyğunluqlarını dərk etmək və 
fəaliyyət  mexanizmini  aşkara  çıxarmaq,  yanlız  elmi  cəhətdən 
əsaslandırılmış tədqiqat metodlarından istifadə olunmaqla mümkündür. 
Elmi  metod  gərçəkliyin  öyrənilməsini,  təbiət  və cəmiyyət  hadisələrinin 
dərk  olunmasına  yanaşılmasını,  elmi  təfəkkür  qaydalarını  və  obyektiv 
aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur. 
Tədqiqat  işində  eksperiment  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bu 
metoddan  istifadə  edərkən  tədqiqatçı  ilk  növbədə  öyrənmək  istədiyi 
məsələyə daha tez nail olmaqdan ötrü tələb edilən vəziyyəti özü yaradır; 
sonra  hansı  şəraitdə  daha  yaxşı  nəticə  almağı  bilmək  məqsədilə 
prosesin  gedişini  istədiyi  vaxt  dəyişdirir;  daha  sonra  əldə  etdiyi 
məlumatın  dəqiqlik  dərəcəsini  müəyyənləşdirmək  üçün  təcrübəni 
dəfələrlə  təkrar  edir;  nəhayət  öyrəndiyi  prosesi  daha  diizgun  və  ətraflı 
qeyd etməkdən ötrü lazımi texniki vasitələri də hazırlayır. 
Bütün  bunlar  isə  hər  hansı  bir  prosesi  dərindən  və  düzgün  tədqiq 
etməyə imkan verir. 
Eksperiment - tədqiqat aparmaq üçün elmi olaraq qoyulmuş təcrübədir 
ki,  buıııın  sayəsində  nəzəri  tədqiqatların  nəticələrinin  düzgünlüyü 
yoxlanılır. 
Eksperimentin  müxtəlif  növləri  ola  bilər.Eksperimentlər  dəqiq  nəzərə 
alınan  şəraitlərdə  keçirilir  ki,  burada  hadisələrin  gedişatını  müşahidə 


 
 
etmək  imkanı  yaranır  və  onu  verilmiş  şəraitlərdə  təkrarən  yaratmaq 
mümkün  olur,  məsələn,  xalq  təsərrüfatının  bir  sıra  sahələrində  yeni 
planlaşdırma  sisteminin,  idarəetməsinin  və  stimullaşdınlmasmuı  tətbiqi 
barədə eksperimentlərin aparılması. 
Eksperimental  tədqiqatlar  xüsusi  laboratoriya  qurğusundan  istifadə 
etməklə  elmi  laboratoriyada  və  ya  onsuz,  müəssisələrdə  məhsulun 
mövcud  nüməııələri  üzərində  təcrübi  sənaye  qurğusundan  istifadə 
etməklə və ya onsuz, çöl şəraitində müəyyən elmi yığımdan, xüsusi elmi 
cihazlardan  və  avadanlıqlardan  istifadə  etməklə  aparıla  büər. 
Eksperimental  situasiyanın  xarakterinə  görə  eksperimentin  2  növü  var: 
l)Təbii eksperiment ; 2) Laborotor eksperiment. 
Təbii  eksperiment  elə  aparılır  ki,  sınaq  olunanda  şübhə  yaranmır  və 
yaxud da proses təbii halda keçir. Təbii eksperimentdə prosesin təbiiliyi 
təmin olunur. 
Laborotor eksperimenti xususi təşkil olunmuş, süni şəraitdə aparatların 
köməyi  ilə  keçirilr.  Laborotor  eksperimenti  zamanı  sınaq  olunan  onun 
üzərində  təcrübə  aparıldığını  bilir  və  ondan  dəqiq,  inanılmış  nəticələr 
almaq məqsədilə istifadə edilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin