Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   80
Tədqiqat üsulları

Aksiomatik  -  ilk  dəfə  olaraq  Evklid  tərəfindən  tətbiq  olunmuşdur. Metodun 
mənası  ondan  ibarətdir  ki,  problemin  müzakirəsinin  əvvəlində  sübutu  tələ
olunmayan  ilkin  hallar  (hipotezlər)  məlumdur.  Bu  hallara  aksiomlar  və  ya 
postulatlar  deyilir.  Aksiomdan  müəyyən  qaydalara  əsasən  mühakimələ
yürüdülür.  İlkin  aksiomlar  və  onların  əsasında  əldə  edilmiş  təkliflər  toplumu 
aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir. 
Analiz  -  predmetin  təşkiledicilərə  bölünməsinə  əsaslanır.  Analiz  zamanı 
tədqiqatçı  araşdırılan  obyekti  əqli  olaraq  parçalayır,  yəni  onun  hansı 
hissələrdən  və  eyni  zamanda  hansı  xassələrə  malik  olmasını  təsəvvür  edir. 
Bu  zaman  xüsusi  hal  kimi  analiz  olunan  predmet  bir  neçə  sinif  predmetlərin 
nümayəndəsi  kimi  çıxış  edir.  Belə  halda  analiz  bir  qrup  predmetlərin 
öyrənilməsində  əldə  olunan  biliyin  digərlərinə  tətbiq  etməyə  imkan  verə
vahid strukturun yaradılmasına xidmət edir. Analizin başqa növü predmetlərin 
ümumi  xassələrini  və  onlar  arasındakı  münasibətləri  ümumiləşdirməkdə
ibarətdir. 
Sintez  -  analiz  zamanı  alınan  bilikləri  vahid  sistemdə  birləşdirməyə  imkan 
verir. Elmi fəaliyyətdə analiz və sintez bir-biri ilə sıx əlaqədə olub, münasibəti 
araşdırılan  obyektin  xassələrindən  və  tədqiqat  məqsədindən  asılı  olaraq 
müxtəlif forma ala bilirlər. Birbaşa analiz və sintez obyektin səthi araşdırılması 
zamanı  tətbiq  olunur.  Obyektin  dərindən  tədqiqi  zamanı  isə  struktur-genetik 
analiz və sintez icra edilir. 
İdeallaşdırma  -  təbiətdə  mövcud  olmayan  və  yalnız  obrazı  olan  obyekt 
haqqında  təsəvvürün  yaradılmasıdır.  Bu  metodun  tətbiqinə  dair  misal  kimi 
“ideal  qaz”,  “ideal  məhlul”,  “nöqtə”ni  göstərmək  olar.  İdeallaşdırma  metodu 
əsasən  təbiət  elmlərində  geniş  tətbiq  tapır.  İdeallaşdırılmış  obyekt  üzərində 
istənilən  nəzəri  təfəkkür  işləyə  bilir.  Onlar  böyük  evristik  əhəmiyyətə  malik 
olurlar,  çünki,  yalnız  onların  köməyi  ilə  bu  və  ya  digər  proseslərə  aydınlıq 
gətirən nəzəri modellər yaratmaq və qanunlar formulə etmək olar. Ona görə 


 
 
də, ideallaşdırılmış obyektlər nəzəri biliyin inkişafında önəmli element sayılır. 
Formallaşdırma  -  dərketmənin  nəticələrinin  dəqiq  və  ya  təsdiq  olunmuş 
şəkildə  təsviridir.  Formallaşdırma  intuitiv  düşünmənin  əksi  də  hesab  edilir. 
Riyaziyyatda və məntiqdə formallaşdırma - yığcam biliyin xüsusi işarələr və ya 
xüsusi  dillərin  köməyi  ilə  təsvirini  göstərir.  Formallaşdırma  zamanı  fikrin 
məzmundan  uzaqlaşdırılıb  nəticənin  sistemli  şəkildə  araşdırılmasına  və  eyni 
zamanda  digər  nəticələrlə  koordinasiya  edilməsinə  imkan  verilir.  Bu  metod 
elmi  biliklərin  inkişafında  önəmli  rol  oynayır,  çünki,  intuitiv  anlayış  nisbətən 
aydın  olsa  da  elm  üçün  yararlı  deyil.  Həqiqi  elm  yalnız  abstrakt  düşünmə, 
tədqiqatçının məntiqi dil formasında baş verən ardıcıl mühakimələr sayəsində 
mümkündür. 
İnduksiya - fərdi haldan ümumi hala keçid üçün mühakimənin sürülməsidir. 
Bu halda faktlar əsasında ümumi hipotezin yaradılması baş verir. İnduksiyanın 
əsasında sınaq, eksperiment və faktların yığılmasına imkan verən müşahidələr 
durur.  Bu  faktları  öyrənərək  və  analiz  edərək  tədqiqatçı  bir  sinifə  aid  olan 
hadisələrin  ümumi  və  təkrar  olunan  xüsusiyyətlərini  müəyyən  edir.  Nəticədə 
fərdi  obyektlər  qrupuna  aid  olan  xüsusiyyətlərin  bütün  sinifə  inikas 
etdirilməsinə imkan verən mühakimələr yaradılır. İnduktiv nəticələrin üstünlüyü 
ondan  ibarətdir  ki,  o  ayrı-ayrı  faktorlardan  ümumi  müddəalara  keçməyə, 
hadisələr  arasındakı  asılılıqları  müəyən  etməyə,  empirik  əsaslandırılmış 
hipotezlərin  qurulmasına  və  ümumiləşdirməyə  şərait  yaradır.  Şəkil  1.1-də 
induktiv yanaşma əyani təsvir edilir. 
Deduksiya  -  ümumi  məlumat  əsasında  fərdi  nəticələri  əldə  etməyə  imkan 
yaradır. Yəni, predmet haqqında yeni məlumatın əldə olunması eyni sinifdən 
olanların araşdırılması əsasında yerinə yetirilir. Əgər bilik induktiv mühakimələr 
əsasında  əldə  edilibsə,  onda  deduksiya  alınan  biliyi  genişləndirərək 
induksiyanı  tamamlayır.  Deduksiyanın  idrak  baxımından  əsas  dəyəri  ondan 
ibarətdir  ki,  ümumi  nəticə  kimi  sadə  icmal  yox,  hər  hansı  bir  hipotetik 
mühakimə,  elmi  ideya  meydana  gəlir.  Belə  olan  halda  deduksiya  yalnız 


 
 
tamamlayıcı rol deyil, yeni nəzəri sistemin yaranmasının bünövrəsini qoymuş 
olur. Elmi-tədqiqatın ilkin mərhələlərində induksiya üstünlük təşkil edir, inkişaf 
mərhələsində  isə  tədricən  deduksiya  daha  böyük  rol  oynmağa  başalayır.  Bu 
baxımdan elmi-tədqiqatın bu iki əməliyyatı bir-biri ilə sıx bağlıdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin