Şəkil 5.5. Məhəbbət ifadəsi ilə
bağlı assosiasiyalar strukturu.
əqli fəaliyyət mətni istənilən şəkildə tərtib eməyə kifayət etmir. Bunun üçün sol
beyin yarımkürəsinin iştirakı önəmlidir, çünki burada sözlər qrammatik
qaydalara uyğun düzülür.
Yaddaş xəritəsi
Yaddaş xəritəsi (ingl. Mind map) ingilis psixoloqu Toni Buzan tərəfindən
işlənmiş koqnitiv yazma texnikasıdır [71]. Yaddaş xəritəsi ilk baxışdan
vizuallaşdırma texnikası kimi nəzərə çarpır, yəni faktları “görünən” edir. Bu
üsulun imkanları çox genişdir. O, yuxarıda qeyd edildiyi kimi, beyinin hər iki
yarımkürələrinin aktiv iştirakı ilə aparılan ideyaların effektiv və universal qeyd
edilməsi texnikasıdır. Bunun üçün assosiasiyalardan geniş istifadə edilir.
Yaddaş xəritəsi müəyyən qaydaya əsasən tərtib edilərək oxunur. Adi qeyddən
fərqli olaraq “Yaddaş xəritəsi” bir çox üstünlüklərə malikdir: o çox çevik olub
istənilən vaxt əlavələrə imkan verir və ideyalar strukturunu əyani təsvir
etməyə şərait yaradır. Digər tərəfdən o kreativliyi həyacanlandırır. Bu zaman
beyin kağızda qeyd olunmuş şəkilləri tamamlamağa çalışır.
Formal olaraq yaddaş xəritəsi ağac diaqramı şəklində tərtib edilir (şəkil
5.6). Əlavə məlumatlarməzmun və prosesləri izah edir. Asılılıqlar qarşılıqlı
bağlantılar şəklində aparılır. Əgər terminlər bir-biri ilə kompleks şəkildə
birləşdirilə bilirsə, onda belə xəritəyə kompleks yaddaş xəritəsi deyilir. Yaddaş
xəritəsini həmçinin ümumi mövzunu difrerensiallamaq üçün də tətbiq edirlər.
Belə xəritələr sistematik yaddaş xəritələri adlanır. Alt mövzular əsas
mövzunun ətrafında paylanırlar.
Prinsipial olaraq yaddaş xəritəsinin tərtibi aşağıdakı kimi aparılır:
1.
Boş kağızın ortasında əsas mövzu qeyd edilir. Burada söhbət əsas
mövzudan getdiyindən onu böyük və qalın hərflə yazırlar. Çox vaxt mövzunu
ona uyğun gələn şəkillə də tamamlayırlar. Kağızda eninə formatdan istifadə
etmək məsləhət görülür ki, ağacın qolları üçün kifayət qədər boş yer qalsın.
2. Bu mərhələdə əsas m
övzuya aid olan açar sözlər toplanır. Onlar əsas
mövzu ətrafında paylanaraq qollar vasitəsilə onunla birləşdirilir (bax: şəkil 5.7).
Ardıcıllıq burada rol oynamır. Müxtəlif rəngli qələmlərdən istifadə etmək
məsləhət görülür.
3. M
övzu ətrafındakı açar sözlər digər yeni qollar üçün başlanğıc rolunu
oynaya bilir. İdeyalar ağacının struktur təşkilinə heç bir məhdudiyyət qoyulmur.
Tətbiq olunan az sayda qaydalar istifadəçiyə kifayət qədər sərbəstlik verir.
Dostları ilə paylaş: |