obrazlarına görə aparılır. Kitabxanalarda kitabları bu cür axtarırlar. Əvvəlcə
kataloqda kart axtarılır, sonra oradakı nömrəyə görə kitab axtarılır.
Fakta uyğun MAS-da sənədlər deyil, hər-hansı predmet sahəsinə aid
faktlar saxlanılır. Axtarış faktın nümunəsinə uyğun aparılır.
MAS-ın əsas vəzifəsi informasiyanı axtarmaqdır. Sorğuya uyğun bütün
sənədləri tapmaq çox mühümdür.
Axtarışın keyfiyyət xarakteristikası relevantlıqdır.
Relevantlıq axtarış
nəticələrinin sorğuya uyğun olması deməkdir.
Tezaurus hər-hansı bilik
sahəsində termin, söz, verilən, semantik anlayışların tam sistematik yığımıdır.
WWW üçün MAS-ın əsas göstəriciləri məkan miqyası və ixtisaslaşmadır.
Məkan miqyasına görə lokal, qlobal, regional və xüsusi MAS olur. Lokal MAS
ayrıca server miqyasında səhifələrin tez axtarışı üçün işlənir. Qlobal MAS
İnternet şəbəkəsinin bütün informasiya məkanında resursları tam təsvir
etməyə çalışır. ümumi halda WWW üçün aşağıdakı axtarış alətlərini sadalamaq
olar: kataloq, axtarış sistemi, metaaxtarış sistemi.
Kataloq web-resurslara istinadları olan annotasiyaların mövzular üzrə
təsnifata ayrılmış siyahısına malik axtarış sistemidir. Təsnifat insanlar
tərəfindən aparılır. Kataloqdakı axtarışın nəticəsi siyahı şəklində olur. Orada
ilkin sənədə hiperistinad göstərilməklə sənədlərin qısa təsviri (annotasiya)
olur. Populyar kataloq kimi Yahoo -
www.yahoo.com
–nu göstərmək olar.
Axtarış maşını robot tərəfindən formalaşan verilənlər bazası olan axtarış
sistemidir. Orada informasiya resursları haqqında məlumat olur. Populyar
axtarış maşını kimi bunları göstərmək olar: Google -
www.google.com
, Яndex
-
www.yandex.ru
.
Dostları ilə paylaş: