monoqrafiyalar və elmi əsərlərin topluları seçilir. Monoqrafiya bir
mövzunun hərtərəfli tədqiq edildiyi və bir və ya bir neçə müəllifə aid olan
əsərdir. tədris məqsədləri üçün dərsliklər və dərs vəsaitləri buraxılır. Bunlar
qeyri-periodik nəşrlərdir.
Elmi-texniki informasiyanın ən operativ mənbəyi periodik nəşrlərdir.
Onlar hər il sabit sayda müəyyən periodla nəşr olunurlar. Bunların ənənəvi
növləri qəzet və jurnallardır. Bəzi periodik nəşrlər isə qeyri-müəyyən
periodla, materiallar toplandıqca nəşr olunurlar. Adətən bunlar elmi əsərlərin toplularıdır. Onlar “Əsərlər”, “Elmi əsərlər”, “Xəbərlər” və s. adlar altında nəşr
edilir. Texniki nəşrlərin xüsusi növü normativ-texniki sənədlərdir. Onlar
buraxılan məhsulun texniki səviyyəsini və keyfiyyətini müəyyən edir
(standartlar, təlimatlar və s.).
Elmi-tədqiqat işləri üçün patent sənədlərinin böyük əhəmiyyəti var. Bu
sənədlərdə kəşflər, ixtiralar və digər sənaye mülkiyyəti haqqında məlumat
olur. Patent sənədləri diqqətlə ekspertizadan keçir.