[29]. Prezentasiya zamanı çıxışçının gözlərini mətnə zilləyərək onu monoton
oxuması auditoriyaya qarşı hörmətsizlik sayılır. Belə halda emosional ifadə və
çıxışın aydınlığı itir.
Hələ qədim Yunanıstanda kağız əsasında danışmaq yüksək olmayan siyasi
mədəniyyətin əlaməti sayılırdı. Ona görə də, orada şagirdlərə nitq
mədəniyyəti, publika qarşısında inamlı və
dəlillərlə çıxış etməyin
vərdişlərini öyrədən sofistika və ritorika müəllimləri yüksək qiymətləndirilirdilər.
Şifahi prezentasiya elmi tədqiqat işinin nəticələrinə maraq oyatmalı, işin
əsas nəticəsinin asan başa düşülməsinə kömək etməli və elmi diskusiyaya
şərait yaratmalıdır. İxtisas üzrə bilikdən əlavə tədqiqatçının çıxışı zamanı onun
çıxışetmə və prezentasiya qabiliyyəti də publika tərəfindən qiymətləndirilir.
Şifahi prezentasiya üç əsas amildən asılıdr: mətn, vizual köməkçi vasitələr və
çıxış stili [59, 77].
Prezentasiya sözünün məzmununa görə, o, elmi işin dəyərini publikaya
yüksək şəkildə nümayiş etdirməlidir. Prezentasiyanın keyfiyyəti hər şeydən
öncə onun quruluşu və struktur tərkibindən asılıdır. O, eyni zamanda yüksək
dərəcədə məntiqi və konsekutiv (ardıcıl) şəkildə tərtib olunmalıdır. Çıxışın
əvvəlində tədqiq olunan problem və tədqiqat hipotezi təyin olunaraq, çıxışın
gedişində vizuallaşdırılmış nəticələrin köməyi ilə dinləyicilərin diqqətini
cəlbedəcək şəkildə nümayiş etdirilir (şəkil 6.1).
r
-----------------
’
Dostları ilə paylaş: