biblioqrafik və ona oxşar olan digər nəşrlər). İkinci dərəcəli ədəbiyyatların əsas
funksiyası ilkin mənbələrin işıq üzü görməsi haqqında operativ məlumatı
yığcam şəkildə yaymaqdan ibarətdir. Onlar da ilkin ədəbiyyatlar kimi dövri və
qeyri-dövri ola bilər.
3.1.
Kitabxana kataloqları
Ədəbiyyat mənbələrinin axtarışı zamanı biblioqrafik mənbələrə üstünlük
verilir. Biblioqrafiya axtarılan konkret mövzuya uyğun olmalı və müəyyən
ierarxiyaya əsaslanmalıdır. Xaotik ədəbiyyat axtarışı böyük vaxt itkisinə səbəb
olur və eyni zamanda lazımi nəticəni vermir. Ədəbiyyat mənbələrinin
axtarışının şərtləri və məqsədləri o qədər müxtəlifdir ki, burada ümumi qayda
və ya sistem təklif etmək çətindir. Sadəcə qarşıya qoyulan məqsədləri
sadaladıqda nə qədər müxtəlif yolların olmasını aydın görmək olur: bir halda
verilmiş mövzuya aid bütün əldə olunan ədəbiyyat mənbələrinin siyahısını
tərtib etmək tələb olunur, digər halda yalnız daha mütərəqqi və ya ilkin
məlumat mənbələri vacib sayılır, başqaları üçün isə ikinci dərəcəli mənbələr
yetərlidir. Ədəbiyyat mənbələrinin öyrənilməsində axtarış ardıcıllığı da önəmli
amil sayılır: xronoloji ardıcıllıqda düzülmüş ədəbiyyatlar onların çap ilindən asılı
olaraq öyrənilir. Əks xronoloji ardıcıllıqda isə ilkin olaraq ən yeni elmi çap
materiallarına, daha sonra isə köhnələrə nəzər salınır. Buradan görünür ki,
biblioqrafik materialların siyahısı və onlarla işləmə ardıcıllığı tədqiq olunan
haldan asılı olaraq
fərqlidir.
Kitabxanaların sorğu-axtarış aparatına ənənəvi kataloqlara əlavə olaraq
tədqiqat işlərinin hesabatları, layihə sənədləri, ixtiraçılıq şəhadətnaməsi,
patentlər, standart və normativlər, buraxılan məmullar, materiallar, tərcümələr,
mikrofilmlər və s. haqqında məlumatları daşıyan kartotekalar da daxil edilir.
Onlar aşağıdakı kimi səciyyələndirilirlər.
Dostları ilə paylaş: