Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Mühazirə 14.  Alınan nəticələrin təqdim edilməsi üsulları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə71/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   80
Tədqiqat üsulları

 
Mühazirə 14.  Alınan nəticələrin təqdim edilməsi üsulları 
Klassik ədəbiyyatlarda ritorika antik dövrdən başlamış çağdaş zamanı qədər 
geniş bir vaxt kəsiyini əhatə edir və qloballaşan dünyanın getdikcə daha vacib 
olan kütləvi kommunikasiyasında əhəmiyyətli rol oynamağa başlayır [28, 72]. 
Ritorikanın  (latınca:  danışmaq  sənəti)  vətəni  qədim  demokratiyanın  mənbəyi 
olan  Yunanıstan  sayılır,  baxmayaraq  ki,  natiqlik  sənəti  o  dövrdə  Misir, 
Assuriya,  Babil  və  Hindistanda  da  məlum  idi.  Yalnız  Yunanıstanda  onun 
inkişafı sürətlə davam edir və onun nəzəriyyəsi haqqında ilkin sistematik işlər 
yaranır  [73].  Şifahi  nitqin  mədəniləşməsinin  əsaslarını  ilk  dəfə  Sofistlər 
qoymuşdur.  Sofistlər  həmin  dövrdə  natiq  kimi  tanınan  və  bunu  başqalarına 
öyrədən  müəllimlər  idilər  [74,  75].  Söz  onların  məktəbində  nitq  öyrənmə 
obyektinə çevrilir, ritorika isə bütün sənətlərin başı sayılırdı. Onun öyrənilməsi 
antik təhsilin ən ali pilləsi hesab olunurdu. Sofistlər daimi olaraq sözün gücünü 


 
 
vurğulayır,  həqiqətin  axtarışına  yarış  xarakteri  verirdilər.  Yəni  ritorikanı  onlar 
aqonal  (yarışma)  kommunikasiya  kimi  istifadə  edirdilər.  İnandırmaq  -  deməli 
verilmiş ideyanı elə bir formada əsaslandırmalı ki, onun müzakirəsində iştirak 
edənlər gətirilən dəlillər ilə razılaşsınlar və ona qoşulsunlar. 
Yunanıstan  dövlətində  hökm  sürən  demokratiya  natiqliyin  inkişafı  üçün 
əlverişli  şərait  yaradır.  O,  ictimai  həyatın  əsas  hissəsinə  çevrilir  və  siyasi 
mübarizələrdə  önəmli  rol  oynayır.  Tədricən,  adi  vətəndaşların  tələbatlarını 
ödəmək üçün praktiki cərəyanlar meydana gəlir. 
Ritorikanın ilkin predmeti poeziyadan fərqli olaraq cəmiyyəti maraqlandıran 
bir çox məsələlərin demokratik diskusiyalarından ibarət idi. Ilkin olaraq çıxışlar 
danışıq  tərzinə  görə  üç  yerə  bölünürdü:  məhkəmə,  məsləhət  və  tərif  çıxışları 
aid  idilər.  Çıxışın  növündən  asılı  olaraq  natiq  öz  düşüncələrini,  sakitləşdirici 
söhbətləri 
və 
ya 
həyacanlarını 
publikaya 
çatdırmağa 
çalışırdı. 
Hermenevtikadan  (yunanca:  mətnləri  aydınlaşdırmaq  sənəti)  ritorikanı 
fərqləndirən əsas cəhət mətnin inandırıcı gücünə olan maraqdan ibarət idi. 
Bu günə qədər bizə gəlib çatan antik əsərlər arasında Aristotelin “Ritorika” 
əsəri  ən  vacibi  sayılır.  Aristotelin  ritorikaya  baxışı  ondan  qabaqkı 
yanaşmalardan prinsipial fərqlənir. O, ilk dəfə olaraq ritorikanı tək çıxış- etmə 
incəsənəti  kimi  yox,  konkret  bir  elm  sahəsinə aid  olmayan  nə  isə  bir ümumi 
anlayış  kimi  dəyərləndirir.  Aristotel  ritorikada  üç  əsas  təşkiledicini  vurğulayır 
[76]: 
Loqos (sübutlar, arqumentlər sistemi), 

Etos ( natiqin xarakteri, onun çıxışının sosial duruma uyğunluğu), 

Pafos (ifadə olaunan predmet haqqında publikanın emossiyaları). 
O dövrdən bəri loqos və pafos prinsipial dəyişikliyə məruz qalmadığı halda, 
etos  daimi  zamandan,  milliyyətlərdən,  sosial  və  yaş  kimi  müxtəlif 
xarakteristikalardan asılıdır. Hər dövr öz ritorik idealını yaradır. 
Yunanıstanda  əsası  qoyulan  ritorika  Roma  imperiyasında  şagirdlərə  artıq 
dərs kimi tədris edilirdi. Şagirdlər çıxışetmə vərdişlərinə yiyələnir, tarixi, hüquqi 


 
 
və  fiktiv  problemlər  haqqında  nitq  söyləyirdilər  [73].  Kvinitilian  məktəbini 
yaratmaqla  romalılar  ilk  dəfə  olaraq  ritorika  kafedrasına  da  sahib  idilər.  Hal-
hazırda  çıxışın  hazırlanması  zamanı  tətbiq  olunan  5  əsas  mərhələ  də 
Kvintilianda tədris olunan klassik ritorikaya aiddir (Cədvəl 6.1). 
 
İlahiyyatçı  filosof  Avrelius  Avqustinə  qədər  tədqiqatçılar  üçün  ritorika  vacib 
və  inandırıcı  çıxış  sayılırdı.  Yalnız  feodalizmin  başlanması  ilə  ritorikanın 
funksionallığı  genişləndirilərək  şifahidən  yazılı  kommunikaisya  üsuluna  keçid 
baş  verir.  Orta  əsrlərdə  ritorika  orta  məktəb  və  universitetlərin  tədris 
predmetinə  çevrilmişdir.  1350-1700-ci  illər  arasında  hökm  sürən  Renessans 
və Barok dövründə ritorika bütün elmlərə, o cümlədən incəsənətə əhəmiyyətli 
təsirə  malik  olur.  Ədəbiyyat  qəhrəmanları  natiqlik  sənətinin  bariz 
nümunələridir.  Renessans  dövrünün  real  personajlarından  məlum  olan 
natiqlər azdır, bu dövrdə əsl çılğın nitqləri yalnız teatrda eşitmək olardı. Həmin 
dövrdə poeziya sahəsində ritorika poetik yazıya keçir. Maarifçilik dövründə də 
ritorika idrakın inkişafına xidmət edirdi. 
Ritorika  bu  şəkildə  humanitar  təhsilin  tərkibi  kimi  XIX  əsrə  qədər  bütün 
Avropa  ölkələrində  qalır.  Siyasi  və  digər  növ  natiqliyin  inkişafı  və  romantik 
ədəbiyyat  natiqlik  sənətinin  qayda  və  şərtlərinin  sadələşdirilməsinə  gətirib 
çıxarır.  Sözlə  ifadə  haqqında  elmin  ənənəvi  önəmli  olan  hissəsi  stilistika 
ədəbiyyat  nəzəriyyəsinin  bir  hissəsinə  çevrilir,  qalan  hissəsi  isə  praktiki 
əhəmiyyətini itirir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin