Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə79/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   80
Tədqiqat üsulları

Metaaxtarış sistemi. Müxtəlif axtarış sistemləri İnternetdə müxtəlif sayda 
informasiya mənbələrini təsvir edir. Ona görə də axtarış sistemlərinin yalnız 
birində axtarış aparmaqla kifayətlənmək olmaz. Metaaxtarış sistemləri (axtarış 
xidmətləri) öz indekslərini yaratmırlar, lakin başqa axtarış sistemlərinin 
inkanlarından istifadə ed ə bilirlər. Onlar istifadəçinin sorğusunu eyni vaxtda 


 
 
bir neçə axtarış serverinə göndərir, sonra alınmış nəticələri birləşdirir və 
istifadəçiyə istinadlı sənəd şəklində təqdim edir. Populyar metaaxtarış sistemi 
kimi bunları göstərmək olar: MetaCrawler - 
www.metacrawler.com

SavvySearch - 
www.savvysearch.com
 
İdeyaların  toplanması  və  qeyd  olunması  (və  ya  ingl.  Brainwriting)  adlanan 
kreativ  yazma  texnikası  adətən  qrup  şəklində  işləyəndə  geniş  tətbiq  olunur 
(şəkil  5.4).  İdeyaların  qeyd  olunması  metodunda  hər  bir  iştirakçı  ideyalarını 
rahat  toplaya  və  yaza  bilir.  Bu  metodun  tətbiqi  zamanı  ideyaların  ərsəyə 
gəlməsinə mane olan bütün faktorlar minimallaşdırılır və digər tərəfdən bütün 
kombinasiyalarının yaradılmasına kömək edə biləcək amillər təmin olunurlar. 
İştirakçılar  heç  nədən  çəkinmədən  ideyalarını  irəli  sürərək  digərləri  ilə 
kombinasiya  etməlidirlər.  İdeal  halda  bir-birlərinin  ideyalarından  inspirasiya 
alaraq iştirakçılar qarşılıqlı ideyaların birgə istehsalına müsbət təsir göstərirlər. 
 
Donald M. Murrey öz işində ideyaların qeyd olunmasını yazma konseptinin 
işlənməsində görüləcək ilkin mərhələ adlandırır [68]. Bu metodun icrası üçün 
müəllif  onun  mövzu  ilə  bağlı  ağlına  gələn  bütün  ideyaları  ardıcıl  qeyd  edir. 
Siyahının  tərtibi  təxminən  5-10  dəq.  arasında  aparılır.  Əgər  ilk  addımdan 
siyahının  tərtibi  alınmırsa,  onda  buna  yenidən  cəhd  etmək  lazımdır.  Burada 
 
Şəkil 5.4. Qrup şəklində ideyaların işlənməsi. 


 
 
aşağıdakı suallara cavab axtarılır: 
□ 
Ağlınıza gözlənilməz gələn nədir? 
□ 
Siyahıdakı ayrı-ayrı fikirlər arasında hansı əlaqələr mövcuddur? 
İşlənilmiş siyahını bu suallarla bir neçə dəfə nəzərdən keçirdikdə bir o qədər 
yeni  ideyaların  yaranma  ehtimalı  artır.  Bu  material  əsasında  sonra  verilmiş 
mövzu ətrafında mətn tərtib etmək olar. 
İdeyaların qeyd edilməsini iki mərhələyə bölürlər: 
1. 
 Birinci  mərhələdə  ideyalar  işlənir  və  assosiasiyalar  yaradılır.  Burada 
başqalarının  ideyalarını  dəyərləndirməyə  icazə  verilmir.  Çünki,  bu  iştirakçılara 
mənəvi cəhətdən pis təsir göstərə bilər. 
2. 
 İkinci  mərhələdə  nəticələrin  ətraflı  tənqidi  analizi  aparılaraq  ən  yaxşı 
ideya seçilir. 
Sərbəst yazma 
Sərbəst  yazma  kreativ  yazma  texnikasına  aid  olan  növbəti  metoddur. 
Burada  düşünmə  prosesi  zamanı  ideyalar  axını  heç  bir  dəyişiklik  edilmədən 
kağıza  köçürülür.  Müəllif  təxminən  15-20  dəqiqə  ərzində  ağlına  gələn  hər  bir 
ideyanı qeyd edir. Bu zaman ayrı-ayrı sözlər, söz birləşmələri və ya cümlələr 
yaranır  və  yazma  prosesi  kəsilmədən  davam  etdirilir.  Fasiləsiz  yazma 
tələbəyə  yazma  axınına  maneə  ola  biləcək  refleksiyanı  aparmağa  imkan 
vermir. 
Bu metodun müxtəlif məqsədləri vardır. O, yazmağa həvəs olmadıqda, ən 
azından yazmağa başlamağa kömək edir və beyindəki ideyaları nizamlamağa 
imkan verir. Sərbəst yazma metodu mövzuya girişə bilməyən tələbə ilə mövzu 
arasında  münasibət  yaradır.  Proses  zamanı  ortaya  elə  də  güclü  mətnlər 
çıxmasa  da,  bu  tələbənin  yazma  qabiliyyətini  gücləndirir.  İlk  baxışdan  xaotik 
qeydlər kimi gözə çarpan sərbəst yazılar, sonradan nizamlı yazmağa yol açır. 
Sərbəst yazma aşağıdakı texnikaları özündə cəmləşdirir: 
□ 
Sərbəst assosiasiya; 
□ 
Assosiasiyalar zənciri; 


 
 
□ 
Sürətli yazma; 
□ 
Avtomatik yazma. 
Sərbəst assosiasiya kreativ yazmanı tədris metodu kimi təbliğ edir. Tələbə 
verilmiş mövzu haqqında assosiasiyalarını qeyd edir. Sərbəst assosiasiyalara 
dalma  zamanı  tələbə  heç  bir  plan  olmadan,  yazmağa  başlayır  və  o  mövzu 
ətrafında  düşündükdə  daxili  şəkillər,  düşüncələr  və  ideyalarını  daha  yaxşı 
cəmləyə  bilir.  Assosiasiyaların  biruzə  verməsi  çox  zaman  mövzu  ətrafında 
mətnin strukturunun yaradılmasına ilkin yardım göstərir. Alınmış assosiasiyalar 
zənciri təfəkkürün içərisinə daxil olur və yazmanı proses kimi təsvir edir. 
Sürətli yazmada kreativ yazmanın praktiki tətbiqinə nəzər salınır. Avtomatik 
yazmada  isə  dilin  qrammatikasına,  orfoqrafiyasına  o  qədər  də  diqqət 
vermədən,  ideyaların  söz,  söz  birləşmələri  və  cümlələr  şəklində  sürətlə 
yazılmasına cəhd edilir. Xətaların olması o qədər də vacib sayılmır. 
Sərbəst yazma metodu 1960-cı illərdə Ken Makror tərəfindən yaradılmış və 
sonralar Peter Elbou tərəfindən inkişaf etdirimişdir [68]. 
5.3.3.4. 
Klaster metodu 
Klaster (ingl. Clustering- toplama, cəmləmə) amerikalı pedaqoq Qabriel L. 
Riko  tərəfindən  işlənmiş  kreativ  yazma  metodudur  [68].  Bu  metod  Ziqmund 
Freudun  işlədiyi  “sərbəst  assosiasiya  etmək”  üsuluna  əsaslanır.  Yəni  insan 
dərin düşünmədən təxəyyülünə gələni qeyd edir. 
Sərbəst  yazmadan  fərqli  olaraq  burada  assosiasiyalar  zənciri sərbəst yox 
müəyyən struktura malikdir. Metodun əsasında seçilmiş mərkəzi söz ətrafında 
müxtəlif  sərbəst  assosiasiyaların  cəmlənməsi  durur.  Klaster  metodu  ilə 
assosiasiyalar zəncirinin qurulma sxemi belə izah edilir: 
1. 
 Klaster özəyin yaradılması ilə başlayır: Bir seçilmiş söz və ya fraza boş 
vərəqin ortasında yazılır və çevrəyə alınır. 
2. 
 Sonra  bu  sözlə  bağlı,  beyində  yaranan  ilk  ideyalar  (assosiasiyalar) 
kağızda açar sözlər şəklində qeyd edilir. Hər bir assosiasiya çevrəyə alınır və 
məntiqi ardıcıllıqla özək sözlə oxla birləşdirilir. Heç də bütün 


 
 
assosiasiyalar  özək  sözlə  birbaşa  bağlanmır.  Onların  arasına  tamamlayıcı 
ideyalar  da  daxil  ola  bilər.  Qeyd  olunmuş  assosiasiyalar  yoxlanmaya  məruz 
qalmırlar. 
Şəkil 5.5-də “məhəbbət” sözünə yaradılmış klaster göstərilib. 
 
Assosiasiyaların  qeydində  müəyyən  ideyalar  ardıcıllığına  fikir  verilir.  Yəni, 
klasterdə  qeyd  edilmiş  hər  söz  onunla  bağlı  assosiasiyalara  əsasən  müxtəlif 
istiqamətlərə  hərəkət  edə  bilər.  Bu  halda  “yeni  mətni  sınamağ”a  can  atılır. 
Beləliklə, gözlənilmədən yaranan ideyalar nə vaxtsa yazmağa impuls verərək 
sonradan əsas mətnin tərtibində tətbiq oluna bilər. 
Klasterin  vizual  şəkildə  tərtib  edilməsi  tədqiqatçının  sağ  və  sol  beyin 
yarımkürələri  arasında  funksional  əlaqəni  gücləndirir.  Qabriele  L.  Riko  qeyd 
edir  ki,  təbii  yazma  üçün  vacib  şərtlərdən  biri  ondan  ibarətdir  ki,  yazma 
prosesində hər iki beyin yarımkürəsi aktiv iştirak etsin. Sol beyin yarımkürəsi 
məntiqi təfəkkürə malik olduğu halda, yəni informasiyaları ardıcıl işlədiyi halda, 
sağ  beyin  yarımkürəsi  bir  neçə  informasiyanı  eyni  zamanda  nəzərdən keçirə 
bilir.  Sağ  beyin  yarımkürəsi  hissələrin  idarə  mərkəzi  rolunu  oynayır.  Burada 
müəllif  verilmiş  mövzuya  aid  öz  sözlərini  tapır,  dilin  ritmini  müəyyənləşdirir, 
bənzətmə  və  emosional  ifadələrini  formalaşdırır.  Ancaq  təkcə  bu  hissədəki 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin