proqram təminatı, texnoloji məhsul, informasiya məhsulu və aparat
məhsulundan ibarətdir. Maşınlaoxunan informasiyalar daxil edilmiş bu
verilənlər bazası həm də özündə biblioqrafik məlumatları cəmləşdirir. Bu
kataloqlar göründüyü kimi onlayn kataloqlar olub, avtomatlaşdırılmış
kitabxana-informasiya sisteminin alt sistemi sayılır.
3.2.
Ədəbiyyatın növləri
Nəşrlər məqsdindən asılı olaraq çox sahəli olsalar da, bizi ilk növbədə elmi
tədqiqat işlərinin təşkili, aparılması və qiymətləndirilməsi üçün lazımı biliklərin
əldə edilməsinə imkan verən elmi ədəbiyyatlar maraqlandırır. Buraya elmi,
tədris, sorğu və məlumat nəşrləri aiddir. Ədəbiyyat o vaxt elmi sayılır ki, o
nəzəri və eksperimental tədqiqatların nəticələrini təsvir etsin. Elmi ədəbiyyatın
aşağıdakı növləri vardır [5, 14, 28, 49].
Dostları ilə paylaş: