Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Mühazirə 3. Elmi tədqiqatın etapları, informasiyanın toplanması və emalı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə17/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   80
Tədqiqat üsulları

 
Mühazirə 3. Elmi tədqiqatın etapları, informasiyanın toplanması və emalı. 
Cəmiyyətin inkşafında elmin rolu  
Elm  anlayışı,  elmi  biliklərin  əldə  olunması  ilə  bağlı  olan  yaradıcılıq 
fəaliyyətini əhatə edən: insan, idarə və təşkilatlar, cihaz və avadanlıqlar, elmi-
tədqiqat  işləri kimi təşkiledicilərdən ibarətdir. Elmlə məşğul olan insanın əsas 
məqsədi  bir  tərəfdən  obyektiv  bilikləri  əldə  etməkdən,  digər  tərəfdən  onları 
nəzəri  cəhətdən  sistemləşdirməkdən  ibarətdir.  Ümumilikdə,  elm  -  insanların 
mənəvi  fəaliyyəti  olub,  təbiət,  cəmiyyət  haqqında  biliklərin  əldə  olunması, 
həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında 
həqiqətin  öyrənilməsi  və  yeni  qanunauyğunluqların  aşkara  çıxarılmasından 
ibarətdir. 
Tarixi inkişafın gedişində elm cəmiyyətin istehsal gücünə çevirilərək, texniki 


 
 
proqresin əsas sütununu təşkil edir. Müasir texniki tərəqqi əsrində insanlar öz 
həyatlarında  elmin  rolunu  və  dəyərini  daha  aydın  anlayırlar.  Çağdaş 
cəmiyyətdə biliklərin mövcud sahələrində elmi-tədqiqat işlərinin aparılmasına, 
ətraf  mühit  haqqında  daha  çox  məlumatın  əldə  edilməsinə,  maddi  rifahın 
yüksəldiməsinə  xidmət  edən  yeni  texnologiyaların  yaradılmasına  daha  çox 
fikir verilir. 
Elmin  əsas  məqsədi  həqiqətin  nəzəri  olaraq  qanunauyğunluqlarla 
təsvirindən ibarətdir. Elm yarandığı gündən bu tərəfə cəmiyyətin, düşüncənin 
və  təbiətin  bütün  hadisələrinin  mövcud  tərəflərini  aşkar  etməyə  xidmət  edib. 
Onun əsas məqsədi kimi aşağıdakıları göstərmək olar: 
□ 
 Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlanması; 
□ 
Faktların yığılması, analizi və ümumiləşdirilməsi; 
□ 
Əldə olunan məlumatların sistemləşdirilməsi; 
□ 
Hadisələrin və proseslərin səbəbinin izahı; 
□ 
Hadisə və proseslərin proqnozlaşdırılması; 
□ 
Əldə olunan biliklərin praktiki tətbiqinin istiqamətləndirilməsi. 
Heç də istənilən biliyə „elmi bilik“ adını vermək olmaz. Məsələn, əgər bilik 
yalnız  sadə  müşahidə  yolu  ilə  aşkarlanıbsa,  onda  o  hələ  elmi  bilik  deyil. 
insanların həyatında böyük rol oynamağına baxmayaraq belə biliklər müşahidə 
edilən  hadisənin  nədən  və  necə  baş  verdiyini  izah  etməyə,  onun  axınım 
qabaqcadan  deməyə  imkan  vermir.  Elmi  biliyin  düzgünlüyü  təkcə  onun 
məntiqi  ardıcıllığı  ilə  deyil,  həmçinin  onun  imkan  daxilində  praktiki  sınağı  ilə 
müəyyən  olunur.  Araşdırılan  qanunauyğunluqlar  elmi  cəhətdən  sərt 
abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir. 
Avropada  elmin  vətəni  Qədim  Yunanıstan  sayılır.  Orada  insanlar  ilk  dəfə 
olaraq  ətraf  mühitin  heç  də  onların  hiss  edərək  anladıqları  kimi  olmadığı 
qənaətinə  gəliblər.  Yunanlar  ilk  dəfə  olaraq  təbiət  hadisələrinin 
öyrənilməsində „hiss etməklə öyrənməkdən“ abstrak biliklərə keçərək ətrafda 
baş verən əsas faktların qanunauyğunluqlarını öyrənməyə cəhd etmişlər. 


 
 
Orta  əsrlərdə  elm  teologiyanın  təsiri  altına  düşür  və  onun  inkişafı  ləngiyir. 
Sonralar  N.Kopernikin,  Q.Qalileyin,  C.Brunonun  etdikləri  kəşflər  sayəsində 
elm  yenidən  təkamül  alaraq  insanlarn  gündəlik  həyatında  önəmli  rol 
oynamağa  başlayır.  XVII  əsrdən  başlayaraq  Avropada  elm  bir  ictimai  qurum 
kimi  formalaşır:  elmi  cəmiyyətlər  və  akademiyalar  yaranır,  elmi  dərgilər  çap 
olunur,  „alim“  anlayışı  geniş  yayılır.  XIX-XX  əsrdə  elmin  yeni  təşkil  forması 
meydana  gəlir:  elmi  laboratoriyalar,  institutlar  və  mərkəzlər  bilavasitə  elmi 
problemlərin  araşdırılması  ilə  məşğul  olurlar.  Bu  dövrdən  başlayaraq  elm 
istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi dayağına çevrilir [1]. 
Fəlsəfə, elmin müxtəlif sahələri arasında vacib əlaqələndirici rol oynayaraq 
dünyanın  elmi  təsvirini,  eləcə  də  riyaziyyat,  məntiq  və  kibernetika  kimi  ayrı-
ayrı  elmi  fənləri  ümumiləşdirərək  elm  anlayışını  vahid  üsullarla  təchiz  edir. 
Elmi,  kompleks  amillərin  (nəzəriyyə,  metodologiya,  tədqiqat  metodikası  və 
texnikası)  əldə  olunan  nəticələrin  tətbiqindən  ibarət  sistem  kimi  təsəvvür 
etmək olar. Elmə əgər idrakın obyekt və subyektin qarşılıqlı təsiri kimi baxsaq, 
onda  görərik  ki,  burada  söhbət  elmin  konkret  araşdırdığı  obyektdən  gedir. 
Məsələn,  maliyyələşdirmə  nəzəriyyəsinin  obyekti  maliyyələrin  yaranma  və 
inkişaf  qanunauyğunluqları,  onların  əsası,  təyinatı  və  işləməsindən  ibarətdir; 
subyekti  isə  konkret  maliyyə  işçisi,  mütəxəssis,  tədqiqatçı,  elmi  təşkilat,  elmi 
fəaliyyət,  reallığın  qanunauyğunluqlarını  aşkara  çıxarmaq  üçün  tətbiq  olunan 
üsullardan ibarətdir. 
Müasir elm bir neçə yüzilliklər öncə mövcud olandan kəskin fərqlənir. Daimi 
tərəqqi nəticəsində onun cəmiyyətlə qarşılıqlı əlaqəsi inkişaf edərək tam yeni 
müstəviyə qədəm qoymuşdur. Müasir elmə konseptual nöqteyi nəzərdən həm 
bilik,  həm  fəaliyyət,  həm  də  bir  sosial  qurum  kimi  baxılır.  Bilik  onun 
özünəməxsus  „substansı“  rolunu  oynadığı  halda,  sosial  qurum  elm 
adamlarının birləşdirilməsi və onların birgə fəaliyyətinin təşkilinə xidmət edir. 
Bu  qurumlar  daxilində  çalışan  elm  adamları  maddi  istehsal  və  mənəvi 
fəaliyyətdən  fərqli  olaraq  bilik  istehsalı  ilə  səciyyələnən  yaradıcılığın  xüsusi 


 
 
forması ilə məşğul olurlar. Maddi istehsalda bilik ideal vasitə kimi tətbiq edildiyi 
halda,  elmi  fəaliyyətdə  ona  əsas  tədqiqat  mənbəyi  kimi  baxılır.  Nəticələri 
əvvəlcədən  məlum  olan  işlərdən  fərqli  olaraq,  elmi  fəaliyyətin  son  nəticəsini 
qabaqcadan dəyərləndirmək mümkün deyil, çünki bu nəticələr özü-özlüyündə 
yenidirlər.  Buna  görə  də,  elmə  həmişə  digər  fəaliyyət  sahələrində  inqilaba 
təkan  verici  bir  qüvvə  kimi  baxılır.  Elmi  fəaliyyət  sistemli  xarakter  daşıyır.  O, 
yalnız biliyi  əldə  edib, onu müxtəlif üsullarla registrasiya etmir, həmçinin onu 
mövcud hipotez, qanun və nəzəriyyələrin köməyi ilə izah edir. Elmi fəaliyyətin 
bu  üstün  cəhəti  alınan  nəticələrin  sistematik,  ardıcıl  və  nəzarət  olunan 
xarakterlərini sərt sübutetmə və əsaslandırmanın köməyi ilə daha yaxşı başa 
düşməyə şərait yaradır. Bununla bərabər bu fəaliyyəti çoxlu sayda hipotezlər, 
uydurmalar,  ehtimallar  müşaiyət  edir.  Ona  görə  də,  elmi  fəaliyyətlə  məşğul 
olan  işçilərin  metodoloji  cəhətdən  hazırlanması,  onların  elmi  mədəniyyəti, 
daimi  təkmilləşdirilmələri,  elmin  qanunlarını  və  prinsiplərini  düzgün  tətbiq 
etmələri önəmlidir. 
Elm  cəmiyyətlə  daima  qarşılıqlı  münasibətdə  olaraq  müəyyən  təsirə  malik 
qalır.  Antik  dövrdən  fərqli  olaraq  müasir  cəmiyyətin  inkişafı  çox  vaxt  elmi 
tədqiqatların  mövzularını  müəyyənləşdirir  (məsələn,  bəşəriyyətin  xərçəng 
xəstəliyindən  qurtulması  üçün  əlacın  axtarılması).  Aparılan  elmi  işlərin 
vəziyyətinə  cəmiyyətdə  mövcud  olan  texniki  bazanın  təsiri  böyükdür. 
Fundamental  elmlərin  məqsədli  aparılması  praktiki  elmlərin  də  ardıcıl 
inkişafına  stimul  verir.  Cəmiyyət  müəyyən  elmi  problemlərin  çözül-  məsini 
birbaşa sifariş etsə də, elmin inkişafı özünəməxsus yolla davam edir. Məsələn, 
elm  ehtiyatının  inkişafı  adlanan  anlayış  mövcuddur.  Bu  ehtiyat  mövcud 
olmadan  elm  heç  bir  problemi  həll  etmək  iqtidarında  deyil.  Elmin  inkişaf 
prosesi  öz  əksini  təkcə  müsbət  elmi  biliklərin  toplanmasında  tapmır.  O, 
həmçinin  elmin  bütün  strukturunu  əhatə  edir.  Hər  bir  tarixi  mərhələdə  elmi 
fəaliyyət  müəyyən  idrak  formalarının  toplumundan  -  izahetmənin  üsulları, 
prinsipləri  və  sxemlərindən  istifadə  edir.  Məsələn,  antik  dövr  düşünmə  tərzi 


 
 
üçün yalnız müşahidə yolu ilə biliyin əldə olunması səciyyəvi idi. Müasir dövrün 
elmi  isə  daha  çox  sınaqlara  və  dərindən  araşdırılan  problemin  daha  kiçik 
elementlərə bölünməsinə əsaslanan analitik yanaşmaya söykənir. Müasir elmi 
araşdırma  bütövlüyə  can  atır  və  tədqiqat  obyektinin  hər  tərəfli  əhatə 
olunmasına  cəhd  edir.  Hər  bir  elmi  düşüncə  tərzinin  strukturu  təsdiq 
olunduqdan  sonra  idrakın  ekstensiv  inkişahna,  onun  yeni  sahələrə 
yayılmasına  yol  açır.  Çox  vaxt  mövcud  üsullarla  izah  oluna  bilməyən  elmi 
biliklərin  toplanması  elmin  daha  yeni,  daha  intensiv  inkişaf  yollarının 
axtarılmasını şərtləndirir ki, bu da öz növbəsində elmi inqilablara səbəb olur. 
Nəticədə  elmin  əsas  struktur  təşkil-  edicilərinin  radikal  olaraq  dəyişdirilməsi, 
idrakın yeni forması, elmin kateqoriya və üsulları meydana gəlir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin