Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə15/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   80
Tədqiqat üsulları

yaradılması 
- 
bu 
tədqiqatın 
nəticələrinin 
ümumiləşdirilməsi,  tədqiq  olunan  obyektdə  ümumi  qanunauyğunluqların 
tapılması,  həmçinin  tədqiqatın  nəticələrinindigər  obyekt  və  hadisələrə 
yayılması  metodudur  ki,  nəticədə  aparılmış  eksperimental  tədqiqatların 
etibarlılığının artmasına xidmət edir. 
Empirik  tədqiqatlarda  ümumelmilərlə  yanaşı,tətbiqi  xarakterli  empirik 
biliklərin  formalaşdırılmasının  spesifik  metodları  da  tətbiq  edilir.Bu 
,əsasən insanın hissi metodlarıdır-hissetmə,qavrama və təsəvvür etmə. 
Lakin  empirik  biliklər  heç  də  həmişə  hissi  olmurlar.  Müşahidələrin 
nəticələrinin  sadə  konstatasiyası,  məsələn,  «istehsalın  ləngiməsinin, 
planlaşdırılmış  olana  qarşı  filan  qədər  artması»,  hələ  elmi  bilik  deyildir.
 

Bu  biliklər  o  zaman  elmi  olur  ki,  onların  səbəb  əlaqələri  müşahidə  və 
eksperimentlə  təyin  edilmişdir,  yəni  ləngimələrin  artmasına  təsir  edən 
amillər  aşkarlanıb  öyrənilmişdir  və  buradakı  çatışmazlıqları  aradan 
qaldırma yolları müəyyən edilmişdir. 
Müşahidə  -  əşyanın,  onun  kəmiyyətcə  ölçmələri  və  keyfiyyətcə 
xarakteristkaiarı  yolu  ilə  öyrənilməsi  metodudur.  Məmulatların  çətinlik 
xüsusiyyətlərini  öyrənərkən  xronometraj  müşahidələr  sayəsində 


 
 
öyrənilməsi  zamanı,  xammalın  yoxlama  açılışları  zamanı,  texnoloji 
əməliyyatları yerinə yetirərkən və s. hallarda tətbiq edilir. 
Eksperiment - tədqiqat aparmaq üçün elmi olaraq qoyulmuş təcrübədir 
ki,  bunun  sayəsində  nəzəri  tədqiqatların  nəticələrinin  düzgünlüyü 
yoxlanılır. Eksperimentin müxtəlif növləri ola bilər. 
Eksperimentlər  dəqiq  nəzərə  alınan  şəraitlərdə  keçirilir  ki,  burada 
hadisələrin  gedişatmı  müşahidə  etmək  imkanı  yaranır  və  onu  verilmiş 
şəraitlərdə təkrarən yaratmaq mümkün olur, məsələn, xalq təsərrüfatının 
bir  sıra  sahələrində  yeni  planlaşdırma  sisteminin,  idarəetməsinin  və 
stimullaşdırılmasının tətbiqi barədə eksperimentlərin aparılması. 
Eksperimental  tədqiqatlar  xüsusi  laboratoriya  qurğusundan  istifadə 
etməklə  elmi  laboratoriyada  və  ya  onsuz,  müəssisələrdə  məhsulun 
mövcud  niimənələri  üzərində  təcrübi  sənaye  qurğusundan  istifadə 
etməklə və ya onsuz, çöl şəraitində müəyyən elmi yığımdan, xüsusi elmi 
cihazlardan və avadanlıqlardan istifadə etməklə aparıla bilər. 
Elmi  idrakın  konkret-elmi  (özəl)  metodları  konkret  elmlərin,  məsələn 
iqtisadi  elmlərin  spesifik  metodlarıdır.  Bu  metodlaV  cari  elmin  məqsəd 
funksiyasından  asılı  olaraq  formalaşdırılır    bircins  elm  sahələrinə 
qarşılıqlı  nüfuz  etmələrlə  xarakterizə  olunur.  Məsələn,iqtisadi  analiz 
metodları  mühasibat  uçotu  və  statistikanın  bazasında  inkişaf  etmişdir, 
onlar  qarşılıqlı  niifuzetmələrlə,  formalaşdırıldıqları  bilik  sahəsinin 
hüdudlarından  kənara  çıxmalarla  xarakterizə  olunurlar.  İqtisadi  analiz 
metodları, digər iqtisadi elmlərin elmi tədqiqatlarında tətbiq olunurlar. 
Deməli, tədqiqatın ümumeimi metodları bir-birilə qarşılıqlı əlaqədə 
nəzəri və empirik tədqiqatlarda tətbiq olunur. 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin