Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   80
Tədqiqat üsulları

Kompleks  analiz  -  obyektin,  hadisənin  müxtəlif  elmi  istiqamət 


 
 
mütəxəssisləri  ilə  sıx  qarşılıqlı  təsir  prosesində  hərtərəfli  öyrənilməsi 
metodudur. 
Funksional-qiymətləndirmə  analizi  -  funksiyasına  və  qiymətinə  görə 
obyektin  (hadisənin,  məmulatın,  prosesin,  strukturun)  tədqiq  edilməsi 
metodudur.  Bu  metod,  əsasən  maddi  və  əmək  resurslarının  istifadəsi 
effektivliyinin  öyrənilməsi  zamanı  tətbiq  edilir.  Onun  vacib  prinsipləri 
aşağıdakılardır: 
-obyektin  və  onun  elementlərinin  funksiyası  tədqiq  edilərkən 
funksional  yanaşma,  onların  realizasiyasında  səmərəli  yolun  seçilməsi 
zamanı verilmiş tələbatları daha tam şəkildə təmin edilməsi məqsədilə; 

tələbatçılıq 
xassələrinin 
qiymətləndirilməsində 
və 
işlənilib 
hazırlanmasına  ,  istehsalına  və  obyektin  istifadə  edilməsinə  çəkilən 
xərclərə xalq təsərrüfatı baxımından yanaşma; 
-həyata  keçirilmələri  üçün  çəkilən  xərclərin  funksiyaların  faydalılığına 
uyğun gəlməsi; 

texniki  həll  qərarlarının  axtarışı  və  formalaşdırılması  metodlarını,  həll 
variantlarının kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsini istifadə edən 
kollektiv yaradıcılıq. 
Funksional-qiymətləndirmə  analizinin  məqsəd  funksiyası,  obyektin 
tələbatçı dəyəri ilə onun işlənib hazırlanmasına çəkilən xərclər arasında 
optimal  nisbətin  əldə  edilməsi,  buraxılan  məhsulun  maya  dəyərinin 
azaldılması  və  onun  keyfiyyətinin  artırılması,  əmək  məhsuldarlığının 
artırılmasıdır. 
Formallaşdırma  -  obyektləri,  onların  elementlərinin  xüsusi  simvolikaiar 
şəklində  təsvir  etməklə  yerinə  yetirilən  tədqiqat  metodudur,  məsələn, 
məhsulun  maya  dəyərinin  xüsusi  formul  (riyazi  asılılıq)  şəklində  təsvir 
edilməsi ki, burada simvolların köməyilə xərclərin bəndləri təsvir edilmiş 
olur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin