Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə49/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   80
Tədqiqat üsulları

• 
Üz vərəqi 
• 
İşin qısa təsviri 
• 
Mtindəricat
 
• 
Giriş 
• 
Əsas hissə 
• 
Nəticə 
• 
İstifadə olunmuş ədəbiyyatların siyahısı 
• 
Əlavələr 
• 
İxtisarlar 
sonuna qədər bir xətt kimi göz qabağında canlanmalıdır. Buna görə də, elə ilk 
gündən  bütün  görülən  işlər müəyyən  struktur  əsasında sənədləşdirilməlidirlər 
(şəkil  5.1).  Elmi  işin  strukturu  onun  ayrı-ayrı  hissələri  arasındakı  məntiqi 
müəyyənləşdirir və ilk baxışda işin məzmunu haqqında ilkin fikir yürüdülməsinə 
imkan verir [54-61]. 
Elmi işə uyğun struktur vermək üçün onu fəsillərə, alt fəsillərə və bölmələrə 
bölürlər. Belə bir struktur elmi işin yerinə yetirilməsində verilmiş formal tələbləri 
özündə əks etdirir. Ümumi şəkildə işin struktur tərkibi aşağıdakı elementlərdən 
ibarət olur: 
Hər bir  iş  „Üz  vərəqi“ 
ilə 
başlayır. Bu vərəqdə 
işi 
bir
 
mənalı  səciyyələndirmək  üçün  bütün  vacib  verilənlər:  ali  məktəb, 
fakültə,  ixtisas  və  eləcə  də  tələbənin  adı  və  soyadı  göstərilir.  Bundan  əlavə 
titul  vərəqində  işin  növü,  onun  təhviledilmə  tarixi,  həmçinin  elmi  rəhbərin  adı 
və  soyadı  da  qeyd  edilir.  Görülən  işlərin  növündən  asılı  olaraq  üz  vərəqləri 
müxtəlif cür tərtib olunur. Bunun üçün Təhsil Nazirliyinin uyğun göstərişlərinə 
əməl etmək lazımdır. 
 
Şəkil 5.1. Elmi işin formal təşkilediciləri. 
İşin  qısa  təsviri  çox  vaxt  10  sətr  həcmində  olub,  oxucularda  qısa  mütaliə 
zamanı  iş  haqqında  təsəvvür  yaratmağa  xidmət  edir.  Burada  işin  məqsədi, 
problemin  həll  yolları  və  işdə  əldə  olunmuş  nəticələr  qısa  təsvir  tapır.  Bu 


 
 
məlumatlar  kitabxanalarda  ədəbiyyatın  kataloqlara  və  ya  kartotekalara  daxil 
edilməsi zamanı biblioqrafik informasiya kimi geniş istifadə edilir. Bəzi işlərdə 
qısa  təsvirə  ehtiyac  duyulmur  və  ya  bu  başqa  şəkildə  aparılır  (məsələn: 
dissertasiyaların referatları). 
Elmi  işin  növbəti  tərkib  hissəsi  onun  mündəricatıdır.  O,  işin  ayrı-ayrı 
hissələrinin ümumi işdəki yerini göstərir. Səhifələrin sayını qeyd etməklə işdə 
lazımi mövzunun axtarılması istiqamətləndirilir. 
Giriş  işdə  toxunulan  problemlər  və  suallar  haqqında  ümumi  təsəvvür 
yaratmağa  xidmət  edir.  O,  elmi  işdə  yazılı  mətni  və  nəticə  ilə  birlikdə  onun 
özəyini təşkil edir. Bu hissələr elmi işin uğurla yerinə yetirilməsində önəmli yer 
tutduğundan  növbəti  bölmədə  bu  mövzulara  geniş  yer  ayrılır  (bax:  Bölmə 
5.2.3). 
İstifadə olunmuş 
ədəbiyyatların siyahısı elmi-tədqiqat işinin 
planlanması,  icrası  və  qiymətləndirilməsi  zamanı  istifadə  olunan  bütün  elmi 
mənbələri  əhatə  edir.  Elmi  işçi  hər  hansı  bir  faktdan  istifadə  etdikdə  və  ya 
digər  müəlliflərdən  sitat  gətirdikdə  istifadə  olunmuş  materialın  mənbələri 
mütləq  göstərilməlidir.  Siyahıda  olan  bütün  ədəbiyyatların  mətndə  öz  əksini 
tapmaları  vacibdir.  Siyahının  tərtib  olunmasında  dövlət  standartına  riayət 
etmək lazımdır. 
İşin  əsas  məzmununu  anlamaq  üçün  elə  də  vacib  rol  oynamayan,  amma 
dəlillərin isbatı üçün önəmli olan məlumatlar elmi işin sonuna əlavələr şəklində 
daxil  edilir.  Formasına  görə  onlar  mətn,  qrafika,  cədvəl  və  kart  şəklində  ola 
bilərlər. Əsas hissə ilə əlavədə olan məlumatlar arasında əlaqə “Bax” sözü ilə 
yaradılır  (məsələn:  Bax:  Əlavə  1).  Elmi  işin  həcmini  qiymətləndirdikdə 
əlavələrin  səhifələrinin  sayı  hesaba  alınmır.  İşin  sonunda  çoxlu  sayda  əlavə 
yerləşdirildikdə onların siyahısını da ümumi mündəricata daxil emək və ya da 
onlar üçün ayrıca mündəricatın tərtibi məqsədəuyğundur. 
Çox  vaxt  əsas  mətndə  tez-tez  təkrarlanmanın  qarşısını  almaq  üçün 
ixtisarlardan istifadə edilir. Buna görə də, işin sonunda bu ixtisarların izahatını 


 
 
vermək tələb olunur. İxtisarlar ayrıca vərəqdə əlifba sırası ilə düzülür və orada 
onların  geniş  izahı  yer  alır.  İxtisarların  tətbiqi  zamanı  onun  məqsədyönlü 
olmasına fikir vermək lazımdır. Hər yetən sözü ixtisar kimi göstərmək olmaz. 
Məsələn,  “Maşın”  sözünü  “M”  həfi  kimi  ixtisar  etmək  işin  stilistikasına  xələl 
gətirir.  Bəzi  beynəlxalq  ölçü  vahidlərinin  mətndə  qısaldılmış  şəkildə 
göstərilməsi də mütləq onun ixtisarlar siyahısında izahlı verilməsini tələb edir. 
Çünki, heç də bütün beynəlxalq ölçü vahidəri hamıya məlum deyil. 
4.1.2. 
İşin hissələrə bölünməsi 
İşin strukturu onun ayrı-ayrı hissələrinin formal təsvirindən asılıdır. Yuxarıda 
qeyd  edilən  struktur  təşkilediciləri  işin  məzmunundan  asılı  olaraq  müxtəlif 
dərinliyə  qədər  hissələrə  bölünə  bilərlər.  İşin  hissələrə  bölünməsi  oxucuya 
müəllifin ideyalar ardıcıllığı, onların həyata keçirilməsi, eyni zamanda işin əsas 
xəttini,  ayrı-ayrı  hissələri  arasındakı  münasibətləri  və  müəllifin  bu  bölmələrə 
ayırdığı diqqəti göstərir. 
Bu  baxımdan  fəsillərin  və  alt  fəsillərin  kifayət  dəqiqliklə  və  məntiqi 
bölünməsini  planlamaq  üçün  onlar  arasında  olan  məntiqi  asılılıqlar  öncədən 
analiz edilməlidirlər. Burada aşağıdakı aspektlər fərqləndirilir: 
□ 
Üst, eyni və ya aşağı təbəqəyə aid olmaq; 
□ 
Bir-birinin əksinə olmaq; 
□ 
Səbəb -nəticə münasibəti; 
□ 
Məqsəd-vasitə münasibəti; 
□ 
Hissə-tam münasibəti; 
□ 
Əvvəlki və ya sonrakı münasibət. 
Elmi mövzunun aspektləri arasında belə bir münasibətin olması əlyazmanın 
uyğun  hissəsində  öz  əksini  tapmalıdır.  Tələbə  yalnız  intensiv  ədəbiyyat 
araşdırmasından və mövzu üzrə müəyyən kompetensiya əldə etdikdən sonra 
ilkin strukturu və mündəricatı hazırlaya bilər. 
İşin  ilkin  strukturunun  hazırlanması  və  onun  müəyyən  məntiqlə  düzülməsi 
təkcə oxucu üçün bir köməkçi vasitə deyil, eyni zamanda o müəllifin özü üçün 


 
 
də vacib alət sayılır. İlkin formada hazırlanmış bölmə siyahısı ilk baxışdan işin 
yerinə  yetirilmə  planı  kimi  də  interpretasiya  edilə  bilər.  Ona  görə  də,  tələbə 
mövzunu seçdikdən və analiz etdikdən sonra işin ilkin strukturunu işləməli və 
mündəricat tərtib olunmalıdır. 
İşin məntiqi strukturunun tərtibində tədqiqat problemi və onun çözülməsinə 
təsir  edən  amillər  nəzərə  alınmalıdır.  Şəkil  5.2-dən  göründüyü  kimi,  burada 
problemin özünün struktur təşkilediciləri əhəmiyyətli rol oynaır. 
Birinci halda bütün prosedurlar bir problem ətrafında cərəyan etsə də, ikinci 
və  üçüncü  hallarda  öncə  ayrı-ayrı  problemlər  ayrılıqda  həll  olunur  və  sonda 
onların nəticələri qoyulmuş məqsədə uyğun olaraq ümumiləşdirilir. 
Bir çox hallarda mövzunun işlənməsi zamanı hər hansı iş ardıcıllığına riayət 
olunması yoxlanmalıdır. Adətən 3 hal mövcuddur. Ən az yayılmış sərbəst həll 
ardıcıllığıdır. Burada müəllif işin bir neçə hissəsini paralel işləyə bilər. Məntiqi 
məcburi ardıcıllıq tələb edən işlərdə işin strukturu əvvəlcədən müəyyən qədər 
təyin edilir. Burada tədqiqatçı problemin həll yolunun tələb etdiyi ardıcıllıqdan 
kənara  çıxa  bilməz.  Məsələn,  “Keyfiyyətlə  bağlı  xərclərin  qeyd  olunması, 
planlanması  və  nəzarəti”  mövzusundan  göründüyü  kimi  tədqiqatçı  öncə 
məlumatları  toplamalı,  planlamalı  və  sonda  nəzarəti  araşdırmalıdır.  Üçüncü 
halda  tədqiqat  zamanı  işləmə  ardıcıllığının  seçilməsi  qeyri-sərbəstdir.  İlkin 
olaraq vacib problem və onun hissəsi işlənir, sonra digərləri. 


 
 
 
Elmi  iş  ya  deduktiv,  ya  da  induktiv  metodla  araşdırılır.  Adətən  ümumidən 
xüsusiyə doğru hərəkət edən metod (deduktiv) geniş yayılıb. Bəzi hallarda isə 
xüsusi  halın ümumiləşdirilmə sinə  ehtiyac  yaranır,  yəni  induktiv metod tətbiq 
edilir. Bu metdolar haqqında Fəsil 2-də ətraflı izahat verilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin