ixtisas kafedrasından məsləhət ala bilər. Mövzu seçilərkən onun
aktuallığına xüsusi fikir verilməli, həmçinin mövzunun ədəbiyyatda necə
əks olunması, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi də nəzərə
alınmalıdır.
Yeni tədqiqata başlayan tədqiqatçının işə psixoloji cəhətdən hazırlığı
da az əhəmiyyət kəsb etmir. Bir çox magistrantlar mövzunun
çətinliyindən heç də qorxmur, işə cəsarətlə başlayır, qarşıya çıxan hər
cür çətinliyi aradan qaldırmağa, ciddi tədqiqat işləri aparmağa səy
göstərir. Belələri əsl elm aləminə daxil olmaq istəyirlər. Onlar yaxşı başa
düşürlər ki, elmə daxil olmaq gərgin yaradıcılıq, tədqiqatçılıq qabiliyyəti
dərin bilik, mənbələrdən səmərəli istifadə etmək bacarığı tələb edir.
Belə magistrantlar düzgün mövzu seçə bilir, işə həvəslə başlayır,
məqsədyönlü çalışır, ədəbiyyatdan yaradıcılıqla istifadə edir və uğurlu
nəticələr əldə edirlər.
Mövzu seçilərkən onun konkret, aktual və əhəmiyyətli olmasına fikir
verilməlidir. Beiə mövzunu daha dərindən, ətraflı işləmək mümkündür.
Mövzunun seçilməsində tədqiqatçı magistrant işləyəcəyi problem üzrə
kitabxana kataloquna, ixtisas jurnallarına, dövrü mətbuata nəzər yetirə
bilər. Bu mövzuda hansı ədəbiyyat mövcuddur?! Hansı tədqiqatçılar belə
bir mövzunu daha əvvəllər işləmişlər və s.
Dostları ilə paylaş: