Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Texniki elmlərdə sitatlardan istifadə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   80
Tədqiqat üsulları

Texniki elmlərdə sitatlardan istifadə 
Humanitar  elmlərdə  sitatların  gətirilməsi  və  analizi  yeni  biliklərin  əldə 
olunmasını göstərməkdirsə, texniki sahələrdə bu tamam başqa, daha doğrusu 
az  məna  kəsb  edir  [83].  Texniki  mətnləri  yazma  prosesində  tədqiqatçının öz 
şəxsi biliyinin artırılması öndə durmur. Burada söhbət çox vaxt eksperimentlər 
və  ya  mütaliə  zamanı  qazanılmış  faktiki  biliklərin  başadüşülən  şəkildə  təsvir 
olunmasından gedir. Hətta, ədəbiyyatların toplanması və analizi mərhələsində 
də yalnız müəyyən tapşırığa uyğun informasiyaların toplanmasına cəhd edilir. 
Ədəbiyyatlar  burada  daha  az  interpretasiya  edilir.  O,  daşıdığı  informasiya 
dolğunluğuna görə qiymətləndirilərək ümumiləşdirilir. 
Uyğun  olaraq  çox  nadir  hallarda  kitab  və  məqalələrdən  digər  müəllifin 
mövqeyi və arqumentasiyası götürülərək yazarın öz sözləri ilə ümumiləşdirilir 
və  başqa  mövqelərlə  müqayisə  edilir.  Mühəndislik  elminin  inkişafına 
baxmayaraq  mətnlərin  analizi  elmi  metod  kimi  yalnız  humanitar  elmlər  üçün 
prioritet olaraq qalır. 
Texniki elmi işlərdə digər mənbələrdən olan informasiyalar o vaxt götürülür 
ki, tədqiqatçı bunu ya özü yaza bilmir, yaxud da yazmaq istəmir. 
İstifadə  olunmuş  mənbələrin  dəqiq  göstərilməsi  və  arxivləşdirilməsi  texniki 
sahədə də elmi işin yazılmasında əsas sənədləşdirmə işi sayılır. Texniki əsərin 
hazırlanmasında  istifadə  olunan  ədəbiyyat  mənbələri  ilə  bərabər  digər 
mənbələr,  məsələn  internet  mənbələri,  texniki  eksponat  və  buna  bənzər 
artefaktlar  haqqında  məlumatlar  göstərilməlidir.  Humanitar  elmlərdən  fərqli 


 
 
olaraq  texniki  sahədə  kənar  mənbələrdən  olan  informasiyalar  təkcə  mətni 
yox,  eyni  zamanda  verilənlər,  şəkillər,  cizgilər,  anlayışlar,  asılılıqlar,  düsturlar 
və  s.  kimi  konkret  məlumat  daşıyıcılarını  özündə  əks  etdirir.  Belə  “sitat”  da 
bütün elm sahələrində olduğu kimi üç əsas elementdən ibarətdir [83]: 
1. 
mətnə daxil edilmiş informasiya, 
2. 
 məlumat daxil edilmiş yerdə mənbənin nömrəsinin verilməsi, 
3. 
 və  bu  nömrəyə  uyğun  ədəbiyyatlar  siyahısında  istifadə  edilmiş 
mənbənin tam şəkildə göstərilməsi: 
Müəllif/İşin adı/Nəşriyyat/Çap ili/Səhifələrin sayı. 
Burada  mənbələrin  transparent  olması  tələb  olunur,  yəni  onlar  istənilən 
anda tapılıb baxılabilən olmalıdırlar. 
5.2.6. 
İnternet materiallarından sitatların gətirilməsi 
Yuxarıda qeyd edildiyi kimi, istifadə olunan mənbələrin elmi işdə dəqiq və 
düzgün verilməsi vacib tələblərdəndir. Bu, internetdən götürülmüş materiallar 
üçün  də  eyni  qaydada  qüvvədədir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  intenet 
mənbələrinin  yoxlanması  digərlərinə  nisbətən  daha  tez  və  asandır.  İndiyə 
qədər  internet  mənbələrindən  sitatların  göstərilməsi  üçün  bir  neçə  təklifin 
işlənməsinə baxmayaraq onlardan istifadə zamanı müxtəlif dərəcəli çətinliklər 
meydana çıxır. 
Bu çətinlik bir tərəfdən ondan ibarətdir ki, internet materiallarının müəllifini 
heç  də  həmişə  asanlıqla  tapmaq  mümkün  olmur.  Digər  tərəfdən  rəqəmsal 
media  mənbələrinin  (verilənlər  bankı,  bloqlar,  məzmunu  dinamik  dəyişilən 
portallar)  çoxsaylı  olması  sitatların  gətirilməsini  elə  də  asan  etmir.  Başlıca 
problem ondan ibarətdir ki, təkcə URL-lər yox, həmçinin onların məzmunu və 
veb-səhifələrinin  strukturu  daimi  olaraq  yenilənir.  Bu  problemlərə  o  da əlavə 
olunur ki,  əksər  internet mənbələrinin  arxivləşdirilib uzun müddət istifadəçilər 
üçün  əlçatan  olmasına  baxmayaraq,  bəzi  səhifələr  müəyyən  vaxtdan  sonra 
pozulur  və  ya  başqa  ünvana  köçürülürlər.  İnternetdə  verilmiş  mətnlərin  neçə 
səhifədə  yerləşməsini  ayırd  etmək  heç  də  həmişə  mümkün  olmur.  Ciddi 


 
 
internet  portalları  öz  səhifələrində  mətnləri  səhifələrə  bölünmüş  şəkildə 
yerləşdirirlər. Bu arzuolunan olsa da, ona heç də həmişə rast gəlinmir. 
Qeyd  olunan  çatışmamazlıqlara  baxmayaraq  son  illərdə  internet 
mənbələrindən istifadə üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən 
vahid standart təklifi işlənib müzakirəyə çıxarılmışdır (İSO 6902: 1997). 
İnternet  mənbələrindən  sitatların  gətirilməsi  zamanı  aşağıdakılara  nəzər 
yetirmək  lazımdır.  Əgər  internet  resursunun  çap  analoqu  varsa,  onda  çap 
versiyasına  üstünlük  verilir.  İşdə  göstərilən  sitatın  elektron  versiyasını  şəxsi 
kompyüterdə yaddaşa vermək və çap etmək məsləhət görülür. Şəbəkədə eyni 
sənədin  müxtəlif  versiyaları  olduqda  onda  müəlliflə  əlaqəyə  girib  onlardan 
hansının  daha  üstün  olmasını  öyrənmək  gərəkdir.  İnternet  mənbələrinin sitat 
kimi  göstərilməsində  adi  üsuldan  istifadə  edilir  və  o,  xüsusi  məlumatlarla 
genişləndirilir. Sitatın göstərilməsinin ümumi sxemi belədir: 
□ 
Müəllifin adı və inisialları; 
□ 
Nəşrin sərlövhəsi, yanında [Elektron resurs] göstərilir; 
□ 
Nəşr verilənləri; 
□ 
Texniki xarakteristikası; 
□ 
Nəşrin mənbəyi. 
Misallar: 
Cəbrayılov, İ. Təhsil fəlsəfəsinin inkişaf tendensiyalarının bəzi aspektləri 
[Elektron sənəd] // Azərbaycan müəllimi. 
URL: 
http://www.muallim.edu.az/arxiv/2015/42/37.htm
 (Baxılma tarixi: 
14.11.2015). 
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumlar). 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 13 iyun tarixli 
qərarı. [Elektron sənəd]. 
URL: 
http://edu.gov.az/upload/file/tehsil-
pillesinin-dovlet-
 
strandartlari-ve-proqramlari.pdf. (Baxılma tarixi: 17.11.2015). 


 
 
Məmmədova, V. Körpələrimizi necə qidalandırmalı. Bizim ailə jurnalı. 
[Elektron sənəd]. URL: 
http://www.bizimaile.az/arxiv.php?bax=meqale&id=157
. (Baxılma tarixi: 
17.11.2015). 
Oğuz, O. Dedem Korkut Kitabı'nın Mukaddimesi ile Boylar Arasındaki Organik 
Bağ. Milli folklor. e-Millı Folklor Nr. 107. URL: 
http://www.millifolklor.com/tr/

(Baxılma tarixi: 17.11.2015). 
5.2.7. 
Qrafiki təsvirlərin işlənməsi 
Çox vaxt əlyazmada bir qrafiki təsvir və ya cədvəl vasitəsilə oxuculara daha 
çox  informasiya  çatdırmaq  mümkündür.  Müəllif  şəkilləri  mətnə  daxil  edərkən 
əlbəttə  gözoxşayan  iş  tərtib  etməklə  bərabər,  həm  də  bununla  hər  hansı  bir 
vacib  dəlili  oxuculara  göstərmək  niyyətindədir.  Mətnə  müraciət  etmədən 
oxuculara  qrafiki  təsvir  və  cədvəl  vasitəsilə  xüsusi  məlumatların  verilməsinə 
yalnız  elmi  işlərdə  yol  verilir.  Mətndə  göstərilmiş  qrafiki  təsvir  aydın  və  başa 
düşünülən  olmalıdır.  Əlyazmanın  son  variantının  mətnində  qrafika  ilə  bağlı 
verilmiş  izahın  uyğunluğu  bir  daha  yoxlanılmalıdır.  Ümumiyyətlə  şəkillərin 
yerləşdirilməsi  zamanı  mətndə  onun  yerinin  düzgün  seçilməsi  vacibdir. 
İzahedici  sxem  və  şəkillər  mütləq  uyğun  mətn  hissəsi  yaxınlığında  olmalıdır. 
İstisna  hal  kimi  yalnız  formatı  mətnə  uyğun  gəlməyən  təsvirlərin  (böyük 
şəkillər) başqa səhifədə və ya əlavədə veriməsinə yol verilir. Bu halda mətndə 
əlavəyə  keçid  göstərilir.  Əsas  şəkil və  yaxud  cədvəl mətndə yerləşdirildikdən 
sonra  onların  izahı  və  ya  tərtibi  üçün  vacib  olan  digər  qrafiki  materialları 
əlavəyə daxil etmək olar. 
Mətndə  verilən  bütün  qrafiki  təsvirlər  növündən  asılı  olmayaraq  ardıcıl 
nömrələnir.  Qrafiki  cizgi  və  cədvəllər  isə  ayrıca  nömrələnirlər.  Hər  bir  qrafiki 
təsvirin  öz  başlığı  olur  və  o,  kənar  mənbədən  götürüldüyü  halda  mənbənin 
nömrəsi  başlığın  yanında  verilir.  Kənar  mənbələrdən  götürülən  qrafiki 
təsvirlərdə dəyişikliklər edilərsə, bu mütləq ya birbaşa onun altında, və ya aid 
olduğu  mətn  hissəsində  izah  edilməlidir.  Şəkil  və  diaqramların  simvollarının 


 
 
izahı da mütləq tələb olunur. 
Mətnlərdə  istinad  olunan  şəkilin  və  ya  cədvəlin  nömrəsi  mütləq 
göstərilməlidir.  “Aşağıdakı  cədvəldə”  kimi  izahatlardan  istifadə  məsləhət 
görülmür, çünki, bu oxucuda orientasiya problemi yarada bilər. 
İşin məzmununu daha dolğun etmək məqsədilə istifadə edilən qrafiki təsvir 
formasının  seçilməsində  alternativ  imkanlar  da  nəzərdən  keçirilməlidir.  Əsas 
təsvir formaları: sxemlər, diaqramlar, alqoritmlər və cədvəllərdir. Hər bir təsvir 
üçün çoxlu sayda variantlar mövcuddur. Məsələn, diaqramlar sütun, tir, çevrə, 
xətt, sahə və ya alqoritm şəklində işlənə bilir (şəkil 5.3). 
 
Bu  formalardan  hansının  verilmiş  iş  üçün  yararlı  olmasını  qiymətləndirə 
biləcək meyar mövcud deyil. Toplanmış verilənlərin növləri çox vaxt müəyyən 
təsvir  formalarının  tətbiqini  elə  öncədən  istisna  edir.  Məsələn,  əgər  bir 
parametrin artımı və ya müxtəlif parametrlərin qarşılıqlı asılılıqlarını göstərmək 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin