Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
Tədqiqat üsulları

Elmi məlumatların toplanması. Elmi ədəbiyyatın öyrənilməsi ciddi bir 
işdir. Bu baxımdan elmi ədəbiyyatla məşğul olduqda, məqalə və kitabları 
oxuduqda qeydlər aparılmalı, çıxarışlar edilməlidir. Tədqiqatçının 
ədəbiyyat üzərində işinin keyfiyyəti onun çox oxuması ilə deyil, əsaslı 
oxuması ilə ölçülür. Buna görə də oxu texnikası, oxu mədəniyyəti 
tədqiqatçının başlıca keyfiyyətlərindən biridir. Oxu mədəniyyəti çox geniş 
bir anlayışa malik olub adi kitab oxumaqdan, yaradıcı oxuya qədər , 
oxucunun müəlliflə həmfikir, sanki eynihüquqlu müəllif olmasına qədər 
uzanır. Oxu mədəniyyəti təkcə nə oxumaq deyil, həm də necə 


 
 
oxumaqdır. Oxu mədəniyyəti mütaliə üçün əlverişli şəraitin yaradılması, 
zehni əməyin texniki və gigiyenik tələblərinə əməl edilməsi deməkdir. 
Yəni kitabın məzmunundan, oxunun məqsədindən asılı olaraq oxucunun 
müxtəlif üsullarla işləmək bacarığına yiyələnməsi, habelə kitabdakı 
materialın sistemləşdirilməsi, onlardan istifadə edilməsi, oxunmuş 
materialın tətbiq edilməsi, icmallaşdırılması, qeydlər aparılması və s. 
deməkdir. 
 
Oxu mədəniyyətinin vacib şərtlərindən biri tədqiqatçınn kitabxana-
bibloqrafik savada yiyələnməsidir. Tədqiqatçı kitabxanadan istifadə 
etmək bacarığına yiyələnməli, kataloqların köməyi ilə istənilən 
ədəbiyyatı tez bir zamanda tapmaq, yeni çıxan ədəbiyyatı izləmək, 
lüğətlərdən, məlumat kitablarından, ensiklopediyalardan istifadə etmək 
bacarığına yiyələnməlidir. Oxu mədəniyyəti həmçinin oxunmuş materila 
tənqidi yanaşmaq deməkdir. Materialın mahiyyətinə varmaq, faktları 
dəqiqləşdirmək, müqayisələr etmək, ümumiləşdirmələr aparmaq, 
nəticələri tutuşdurmaq tədqiqatçı oxucunun əsas xüsusiyyətlərindəndir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin