Nəyi sitat kimi göstərmək olar Sitatların mənbələrinin işdə göstərilməsindən əlavə, istifadə olunan biliyin
mütləq sitat şəklində göstərilməsinə olan ehtiyac da yoxlanmalıdır. Yəni,
ümumi halda hamıya məlum olanların mütləq sitat kimi göstərilməsi
düzgündürmü? - sualına cavab verilməlidr.
Sitatların işdə göstərilməsi üçün əsas meyarlardan biri onun biblioqrafik
verilənlərinin və mənbəyinin asanlıqla tapılmasından və beləliklə gətirilən
sitatın düzgünlüyünün yoxlana bilinməsindən ibarətdir. Yəni yalnız
ictimaiyyətə əlçatan olan mənbələrdən istifadə edilməsi məqbul sayılır.
Ən geniş yayılmış sitat mənbələri kitablar, məqalələr, hüquqi normativlər və
dissertasiyalardır. İnternetdən sitat gətirilməsinə xüsusi tələblər qoyulur. Bu
haqda aşağıda ətraflı söhbət açılır.