MühaziRƏ Etnik müxtəliflik və milli ideya ƏDƏBİyyat: Multikulturalizmə giriş. Dərslik. Bakı 2019 plan: Milli ideologiyada etnik müxtəlifliyin mahiyyəti



Yüklə 38,46 Kb.
səhifə4/5
tarix13.12.2023
ölçüsü38,46 Kb.
#175005
növüDərs
1   2   3   4   5
MUHAZIRE 5

Ruslaşdırma siyasəti. Xristianlaşdırma siyasəti ilə paralel olaraq, mütləqiyyət Şimali Azərbaycana Rusiya imperiyasının mərkəzi quberniyalarından rus əhalisini də köçürürdü ki, məqsəd ölkənin köklü əhalisini, azərbaycanlıları, assimilyasiyaya uğratmaq, bu müsəlman torpaqlarını imperiya çərçivəsində “əritmək” idi. Ruslaşdırma siyasətini XIX əsrin birinci otuzilliyindən aparan mütləqiyyət, Rusiya dövlətçiliyi üçün təhlükə amili kimi qəbul edən rus təriqətçilərini Şimali Azərbaycana köçürsə də, lakin XIX əsrin üçüncü otuzilliyindən etibarən pravoslavlığın yayılmasında rus təriqətçilərinin deyil, rus pravoslav əhalisinin önəmli rol oynadığını əsas götürüb, pravoslav rusların bölgəyə köçürülməsinə üstünlük verir. Nəticədə, 1912-ci il üçün Bakı quberniyasında 60, Yelizavetpol quberniyasında isə 29 rus pravoslav məskənləri salınır. Mütləqiyyətin devrilməsi ərəfəsində Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı.
Demoqrafik dəyişikliklər. Beləliklə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarını işğal edən Rusiya imperiyası, ölkədə siyasi hakimiyyətini bərqərar etmək üçün köçürmə siyasəti apararaq, əhalinin etnokonfessional tərkibində ermənilərin sayını mexaniki hərəkətlə artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri – almanları və rusları gətirsə də, Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin etnokonfessional tərkibində dominant olaraq qalmış, Azərbaycan xalqı özünün tarixi torpaqlarında yaşamaqda davam etmiş, özünün mentalitetini, maddi-mənəvi mədəniyyətini, etnik özünüdərkini, konfessional toleyrantlığını qoruyub saxlayaraq, Şərq-Qərb mədəniyyətlərinin sintezi prosesində özünəməxsus rol oynamış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir.
4.Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqının etnik tolerantlıq ənənələrinin inkişaf etdirilməsi.1918-ci il mayın 28-də Azərbaycanın “İstiqlaliyyəti haqqında Aktı”nı qəbul edən AXC, dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Yarandığı zamandan etibarən ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan AXC, Azərbaycan xalqının tolerantlıq ənənələrindən imtina etməyərək, dövlətin qanunverici orqanı, parlamenti formalaşdırarkən, ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhalinin etnokonfessional tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. Belə ki, etnik proporsiyaya görə parlamentdə nəzərdə tutulan 120 deputat yerdən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına 1-i – Alman Milli Təşkilatına, 1-i –Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi. Azsaylı xalqların nümayəndələri, parlamentə seçilərkən, onun işində də aktiv fəaliyyət göstərmişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun parlamentin aqrar komissiyasının tərkibinə daxil edilmiş, qanunların hazırlanmasında iştirak etmişdi. Qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan AXC, multikultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq, ölkədə alman koloniyalarının salınmasının 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919- cu ilin iyunun 9-da təntənəli şəkildə Yelenendorf koloniyasında keçirilmişdi. L.Kun bu bayram tədbirində çıxış edərək bildirmişdi ki, Azərbaycan torpaqlarında məskunlaşan kolonistlər Azərbaycan xalqının onlara bəslədiyi hörmət və ehtiramı unutmur və Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər.
Azərbaycan xalqının almanlara olan xoş münasibətini belə bir fakt təs-diqləyir. Birinci Dünya müharibəsi illərində mütləqiyyət alman kolonistlərə qarşı məhdudlaşdırma qanunlarını elan etdikdə, Ə.Rəfibəylinin başçılığı ilə bir qrup Gəncə ağsaqqalı Yelizavetpol quberniyasının qubernatoru Kovalyevskidən Azərbaycanda məskunlaşan kolonistlərə bu qanunların tətbiq edilməməsini xahiş etmişdilər. Və bu öz kökündən, dilindən, dinindən olmayan xalqlara, Azərbaycan xalqının multikultural baxışdan yanaşdığını, bəşəri dəyərlərə əsaslandığını sübut edir. Və bu ənənələr özünü ailə-nikah münasibətlərində də göstərirdi. AXC hökumətinin üzvü olmuş Əbdül Əli bəy Əmircanovun qızı Məryəm xanım, Almaniyada mühacirətdə olarkən, məşhur kolonist Y.Qurrun oğlu Emil Qurrla ailə qurmuşdu. Azərbaycan-alman xalqlarının multikultural münasibətləri hərbi-siyasi sahədə də diqqət çəkmişdir. Azərbaycan xalqına varlığı ilə bağlı olan, vermaxt zabiti Emil Qurr, Azərbaycan legion tarixi üçün xidmətlər göstərmiş, 1920-ci il Gəncə üsyanın rəhbərlərindən olmuş C.Kazımbəylini gestapodan qurtararaq, onun həyatını xilas etmişdi.

Yüklə 38,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin