MühaziRƏ Etnik müxtəliflik və milli ideya ƏDƏBİyyat: Multikulturalizmə giriş. Dərslik. Bakı 2019 plan: Milli ideologiyada etnik müxtəlifliyin mahiyyəti


Sovet İttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiyyətləri



Yüklə 38,46 Kb.
səhifə5/5
tarix13.12.2023
ölçüsü38,46 Kb.
#175005
növüDərs
1   2   3   4   5
MUHAZIRE 5

5. Sovet İttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiyyətləri. Bu məsələdən danışarkən, bolşevizmin “bütün ölkələrin proletarları birləşin” şüarına diqqət yetirmək lazımdır. Milli məsələni bolşevik - proletar ideologiyası əsasında, sinfi prinsiplər əsasında həll etməyə çalışan sovetlər, süni tarixi kateqoriya sovet xalqı yaratmağı əsas götürərək, xalqlara formal müstəqillik verərək, SSRİ kimi dövləti təşkil edərkən, onun xəritəsini “qayçılama” prinsipi əsasında qurur, yaradılmış inzibati-ərazi qurumlarında birləşən xalqların tarixi torpaqları nəzərə alınmır, “milli məsələ”nin həlli kağız üzərində qalır. Azərbaycan SSR - də də milli məsələ avtoritar rejimin tələbləri əsasında getmiş, süni “beynəlmiləlçilik” prinsipləri əsasında aparılmış, Azərbaycan xalqının tarixi yaddaşını unutdurmaq üçün iki dəfə onun əlifbası dəyişdirilmiş, ərəbfars dillərini bilən mütəxəssislər “panislamist” damğası ilə damğalanmış, “torpaq”, “vətən” deyənlər “pantürkist” adlandırılmış, Azərbaycan mühacirləri xalqa “düşmən” obrazında aşılanmış, “cənub” mövzusu qapalı sahəyə çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikinci ”vətənləri” kimi baxan almanlar da yaşamış, Böyük Vətən müharibəsi başladıqdan sonra 001487 saylı qərarla 1941-ci ilin oktyabrında Orta Asiya və Sibirə sürgün edilmişlər. Milli məsələdə göstərilən amirlik və zor prinsipləri SSRİ-nin dağılması ərəfəsində milli zəmində bir sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı.
6.Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, hüquqi bazası. Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu götürərək, 1992-ci il 16 sentyabr fərmanı ilə "Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında" azsaylı xalqların mədəni inkişafına geniş imkanlar vermiş, onların hüquqlarının qorunmasını hüquqi dövlətin əsas vəzifəsi kimi götürmüşdür.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra, separatçı qüvvələrə qarşı əməli tədbirlər görmüş, millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoymuşdu.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanununa, konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın İkinci bölməsinin lll fəslinin 25-ci maddəsinin 3-cü bəndində deyilir:”...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”.
Azərbaycan Respublikasının Konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək, İkinci bölmənin lll fəslinin 44-cü maddəsində göstərir : ”Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Etnosun əsas atributlarından olan dil hüququnu da Azərbaycan Respublikasının konstitusiyası qoruyur və dövlətin ali qanununun İkinci bölməsinin lll fəslinin 45-ci maddəsində deyilir: “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. Bu prinsipial bazanı əsas tutan dövlətimiz 1995-ci il fevralın 1-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında'' Çərçivə konvensiyası"nı imzalamış və bu Konvensiyanı 16 iyun 2000-ci ildə ratifikasiya etmişdi. Azsaylı xalqların hüquqlarını qoruyan Konvensiyanın ll hissəsinin 4 maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər " milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrı-seçkilik qadağan olunur."
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özü-nümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"nı Azərbaycan Respublikası 26 noyabr 2009-cu ildə təsdiq etmişdir. Multikultural ənənələri inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyur və məqsədyönlü iş aparır. Azsaylı xalqların etnik mənşə və konfessional fərqlərinə baxmayaraq, Azərbaycan Respublikası onların hər birinə eyni dərəcədə qayğı göstərir, dilindən, dinindən, etnik mənşəyindən, sayından asılı olmayaraq, toleyrantlıq ənənələrini əsas tutaraq, azsaylı xalqlara hörmətlə yanaşır.
Azsaylı xalqların hüquqlarının qorunması üzrə ardıcıl siyasət aparan müstəqil dövlətimiz onların etnokonfessional inkişafına hərtərəfli köməklik göstərir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında “Birlik” cəmiyyəti rus icması, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-İsrail cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət mərkəzi, “Ronai” kürd mədəniyyət mərkəzi, “Samur” ləzgi milli mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, “Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərirlər. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən “Üç qardaş“ təşkilatının Azərbaycan Respublikasında fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin toleyrantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir.
Azərbaycan tarix boyu həmişə bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın demək olar bütün qitələrinə yayılmışdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan tövhələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirmişdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düşüncələrin tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, tarixi-obyektiv şərtlər üzündən həmişə çoxmilli, çoxkonfessiyalı birgəyaşayış ənənəsinə malik olan bu məmləkətdə milli ideya həmişə qüsurlu məzmundan uzaq olmuşdur.
Yüklə 38,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin