Mühazirə 11 1.4. Əmək təhlükəsizliyinin standartlar sistemi (ƏTSS). Son illərdə ölkəmizdə müxtəlif normativ sənədlərindəki (qayda, norma, təlimat) əmək təhlükəsizliyi tələbləri Əmək Təhlükəsizliyinin Standartlar Sistemi (ƏTSS) şəklinə salınmışdır.
Bu Standartlar Sisteminin 4 kateqoriyası vardır.
1. Ümumittifaq dövlət standartları (DÜİST)
2. Sahə standartları (SST)
3. Respublika standartları (RST)
4. Müəssisə standartları (MST)
Buraxılan bütün məhsullar mütləq standartlara cavab verməlidir.
Hal-hazırda bütün Dövlət Ümumittifaq standartlarına maşın, avadanlıq və başqa məhsulların istehsalat təyinatına əmək mühafizəsi mütləq daxil edilir və bu məhsulla-rın təhlükəsiz buraxılmasını təmin edir.
Dövlət Ümumittifaq standartlarının 5 fevral 1974-cü ildə təsdiq etdiyi 351- № -li qərarına müvafiq olaraq Əmək Təhlükəsizliyinin Standartları Sistemi 1974-cü il iyulun 1-dən qüvvədədir. (Məsələn Dövlət Ümumitifaq Standartları DÜİST 12.0.004-89) burada 12- əmək mühafizəsi üzrə standartlar sinfini;
0- standart qrupunun nömrəsini,
004- standart qrupunun ardıcıllıq nömrəsi,
89- standartın qeydə alınma ilini göstərir.
Hazırda ƏTSS-nin vaxtında və tam tətbiqi istehsalat birlikləri və təşkilatlarının mühüm vəzifələrindən biri sayılır. Bu standartların tətbiqi qaydaları xüsusi metodik göstərişlərdə verilmişdir.
Əmək təhlükəsizliyinin standartlar sisteminin tətbiqinə ümumi rəhbərlik təşkila-tın rəhbərinə və baş mütəxəsisə həvalə olunur. Bu sahədə təşkilati- metodik işləri isə müəssisənin standartlaşdırma xidməti ilə birlikdə əmək mühafizəsi xidməti yerinə yetirir. Təşkilatın rəhbəri standartların siyahsını və tətbiqi qaydasını əks etdirən mü-vafiq əmr verməlidir.
Müəssisələrdə standartların tətbiqini təşkil etmək üçün aşağıdakı heyətdə komis-siya yaradılır: baş (mühəndis) mütəxəsis, (sədr), standartlaşdırma şöbəsinin rəisi, əmək mühafizəsi şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin nümayəndəsi, baş tex-noloq və b. mütəxəssislər.