Mühazirə Giriş Əmək mühafizəsi əmək prosesində işçilərin təhlükəsizliyini təmin edən, suğlamlığını və işləmə qabiliyyətini quruyub saxlayan qanunvericilik aktlarıdan və ona uyğun olan ictimai-iqtisadi, gigiyenik


Mühazirə 9 İSTEHSALAT BINALARININ VENTILYASIYASI



Yüklə 464,94 Kb.
səhifə29/42
tarix17.05.2023
ölçüsü464,94 Kb.
#114993
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
quliyev əməyin mühafizəsi

Mühazirə 9
İSTEHSALAT BINALARININ VENTILYASIYASI
1. Ventilyasiyanın növləri.
Binalarda ventilyasiya layihələşdirilərkən, inşaat və qaydaları (IN və QII-33-75) nəzərə alınmalıdır.
İstehsalat və heyvandarlıq binalarında aşağıdakı məqsədlər üçün ventiloyasiya tətbiq edilir.
1. Binadan tərkibi dəyişilmiş havanı xaric etmək və binanı təmiz hava ilə təmin etmək .
2. Binadan artıq nəmliyi, zəhərli qazları və s. xaric etmək yəni nəmliyi nizam-lamaq.
3. Binada temperaturanı nizamlamaq.
İstehsalat binalarının ventilyasiyası əsasən iki üsulla icra edilir.
1. Təbii ventilyasiya və ya temperaturalar fərqinə görə gedən ventilyasiya.
2. Məcburi yaxud mexaniki ventilyasiya.
Təbii ventilyasiya dedikdə binanın divarından, pəncərə, qapılarından və habelə hava kanalı ilə icra edilən ventilyasiya nəzərdə tutulur.
Binanın divarından, pəncərələrindən gedən ventilyasiya kiçik həcmli binalar üçün kifayət edir, lakin nisbətən böyük həcmli binalar üçün isə belə ventilyasiya kifa-yət etmir. Ona görədə belə binalar üçün hava kanallı ventilyasiyanın tətbiq edilməsi məqsədə uyğundur.
Sanitar normalara əsasən (SN-245-81) iş yerlərində havanın həcmi hər bir adam üçün 20 m3 -dən az olarsa, hava dəyişdirici ventilyasiya saatda 30m3 -dən az olmaya-raq havanı dəyişdirmək qabiliyyətinə malik olmalıdır. Hər bir adama düşəcək havanın həcmi 20m3 - 40m3 -ə qədər olduqda isə ventilyasiya saatda 50m3 -dən az olmayaraq ha-vanın dəyişdirilməsini təmin etməlidir. Binalarda hər bir adama düşən havanın həcmi 40m3-dən artıq olduqda süni ventilyasiya tətbiq edilmir və onun əvəzinə təbii ventilyasiya tətbiq edilir.
İri buynuzlu heyvandarlıq fermasına 17m3/saat cavan yaşlı iri buynuzlu heyvan fermasına 20m3/saat, donuz fermasına 20-45m3/saat hava verilməlidir.
Qış aylarında fermanın havası saatda 3-5 dəfə yaz, yay aylarında 10-15 dəfə, pa-yız aylarında isə 5-10 dəfə dəyişdirilməlidir.
Ferma daxilində ayrılan karbon oksidi (CO2) -0,25% -20mq/m3.
Amonyak (NH3) -0,026% -20mq/m3.
Hidrogen sulfid (H2S) -0,01% -10mq/m3 -dən artıq olmamalıdır.
Binalar nisbətən böyük həcmli olduqda təbii hava kanallı ventilyasiya binalarda tətbiq edilir. Hava kanalları qurularkən dəyişdirilməsi lazım olan gələn havanın həc-mi aşağıdakı kimi təyin edilir.
V= m3/saat.
burada, V - havanın həcmini;
P - bir iş yerindən ayrılan zəhərli qazların miqdarını;
P2 - bina daxilində ayrılan qaz qarışıqlarının buraxıla bilən normasını;
N - iş yerlərinin sayını;
P1 - binaya təmiz hava ilə daxil olan zəhərli qaz qarışıqlarının miqdarını
göstərir.
Hava kanallı ventilyasiyanın sxemi aşağıda göstərilmişdir:

burada, 1 -hava daxil olan yeri;


2 -hava nizamlayıcı klapanı;
3 -isti hava borusunu;
4 -hava kanalını;
5 -çıxış saxtasını göstərir;
H -hava üfürülən yerli hündürdür hava kanallı (havalanma) ventilyasi-yanın məhsuldarlığı
Q=3600 ∙f ·V (m3/saat) təyin edilir.

burada: f - bir kanalın en kəsik sahəsini m2-lə;


V - havanın sürətini göstərir.
Bina üçün tələb olunan kanalların en kəsik sahəsi,
S= (m2).
S - kanalların ümumi en kəsik sahəsini;
V - dəyişdirilməsi lazım gələn havanın həcmini;
V - havanın sürətini göstərir kanalların sayı,
N= -təyin edilir.
Havanın (V) sürətinin qiyməti sorğu kitabından götürülür, yaxud belə təyin edilir,

V=2,2 (m/san).

H - hava üfürülən (daxil olan) yerin hündürlüyünü;
td - binanın daxili temperaturasını;
tx - xarici temperaturasını göstərir.
Düsturdan göründüyü kimi əgər td = tx bərabər olarsa, o zaman binaya daxil olan havanın sürəti yəni V = O olur.
Belə halda mexaniki ventilyasiyadan istifadə edilir.
Mexaniki ventilyasiya əsasən 2 quruluşda tətbiq edilir.
1. Bir mühərrikli, bir kanallı;
2. Bir mühərrikli, çox kanallı.
Bir mühərrikli, bir kanallı ventilyatorlar deflkektor adlanır və kiçik həcmli binalar üçün tətbiq edilir. Məhsuldarlığı
Q=1130d2.V (m3/saat)
burada, d - deflektor borusunun diametridir.
Binanın həcmli böyük olduqda və ya binalar kompleks şəklində olduqda mərkəz-ləşdirilmiş ventilyasıya sistemi tətbiq edilir. Mərkəzləşdirilmiş ventilyasiya sistemi iki məqsədlə qurula bilər.
1. Bina daxilindəki havanı xaricə vermək,
2. Binanı təmiz hava təmin etmək üçün.
Bina daxilindəki havanı xaricə vərmək üçün qurulan ventilyasiya sisteminin sxe-mi aşağıda göstərilmişdir.
burada 11-hava çıxan yeri, 21 magistral hava borusunu, 3-təmizləyici filtri, 4-ven-tilyatoru, 5-hava sorucu pəncərələri göstərir.
Bina daxilinə təmiz hava verənək ventilyasiya sisteminə soyuq vaxtlarda verilə-cək havanı qızdırmaq üçün qızdırıcı kaloriferdə əlavə edilir, belə ventilyasiyanın sxemi yuxarıda göstərilmişdir.
Burada, 1-hava daxil olan yeri, 2-magistral hava borusunu, 3-hava təmizləyici filtri, 4-hava qızdırıcı kaloriferi, 5-ventilyatoru, 6-hava paylayıcı pəncərələri göstərir.
Mərkəzləşdirilmiş ventilyasiya sistemi qurularkən, boru birləşmələri və sistemdə yaranan itkiləri nəzərə alaraq ventilyatorun məhsuldarlığı belə hesablanır:

Q=(2÷3)V (m3/saat)

burada, V -veriləcək havanın həcmini göstərir. Seçilmiş mərkəzdən qaçma ven-tilyatoru hərəkətə gətirmək üçün lazım olan elektrik mühərrikinin gücü



P= (KBT)

burada, Q - ventilyatorun məhsuldarlığını,


H - sistemində yaranan təzyiq itgisini,
v - ventilyatorun F.İ.Ə-nı.
o - ötürmənin F.İ.Ə-nı göstərir.
102kqm/san=1KBT
Sistemdə yaranan təzyiq itkisi.
H=Hsür+Hy(kq/m2)

Hsür - sürtürdünmədən yaranan təzyiq itkisi olub,

Hsür =

burada,  - hava ilə boru arasında yaranan sürtünmə əmsalını;


L - ventilyator borusunun ümumi uzunluğunu; m-lə;
D - borunun diametrini, m2-lə;
V - havanın sürətini, m/san-lə;
γ - havanın xüsusi çəkisini göstərir Kq/m3.
Hyer - yerli təzyiqitkisi olub,
Hy =

burada -boru döngələrində yaranan müqavimət əmsalının cəmini göstərir. Qiymətləri yerinə yazsaq onda



alınar.

Kollektiv mühafizə vasitələrinə ventilyasiya, qızdırıcı qurğular, işiqlanma arma-turları, yerlə birləşdiricilər, sıfırlanma, rəngli işarələr, mühafizədən açma qurğuları, hasarlayıcı və s. daxildir.


Ayrı-ayrı işçilərin (fərdi) qorunması üçün işlədilən vasitələrə fərdi mühafizə va-sitələri deyilir.
Fərdi mühafizə vasitələrinə xüsusi paltar, ayaqqabı, əlcək, eynək, əlehiqaz, resti-rator, dəstəyi izolə edilmiş alətlər və s. daxildir.
Bu mühafizə vasitələri istehsalatda işləyən adamları istehsalat amillərinin zərərli və təhlükəli təsirindən fərdi yəni tək-tək mühafizə edərək ayrı-ayrı adamlar üçün nə-zərdə tutulur.
Təsərrüfatda fəhlələrin illik fərdi mühafizə vasitələrinə olan tələbatı aşağıdakı kimi hesablanır:


Yüklə 464,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin