Əmək mübahisələri. Əmək mübahisələrinə baxan orqanlar aşağıdakılardır.
1. Müəssisələrdə, idarələrdə, təşkilatlarda həmkarlar ittifaqı komitəsinin və müd-riyyətin bərabər sayda nümayəndələrindən təşkil edilən əmək mübahisələri komissi-yaları.
2. Həmkarlar təşkilatının fabrik, zavod, yerli komitələri, rayon (şəhər) xalq məh-kəmələri baxırlar.
Bəzi kateqoriyalardan olan işçilərin əmək mübahisələrinə tabelik qaydası ilə yuxarı orqanlar baxırlar.
3. Qanuna görə bilavasitə rayon (şəhər) xalq məhkəmələrində və başqa orqan-larda baxılmalı olan mübahisələr istisna olmaqla əmək mübahisələri komissiyası müəssisələrdə, idarələrdə, təşkilatlarda fəhlələr və qulluqçular ilə müdiriyyət arasında baş verən əmək mübahisələrinə baxan məcburi ilkin orqandır.
Komissiyanın qərarları tərəflərin razılığı ilə qəbul edilir.
1. İstehsalat binalarında mikroiqlim parametrləri. Əhalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırılması üçün elmin gigi-yenik tələb və nəticələrinə əsaslanan bütün təcrübi üsulların məcmuyu (toplusu) sanitariya sahəsini təşkil edir.
İstehsalat sanitariyası ümumi sanitariya sahəsinin bir bölməsi olub, istehsalat müəssisələrində zəhmətkeşlərə sağlam əmək şəraiti yaradılması üçün texnoloji pro-seslərdən və əməliyyatlardan düzgün istifadə edilmə üsullarından ibarətdir. Bu üsul-lar xarici mühitin gigiyenik normativlərinə (məsələn, meteoroloji şərait nor-maları, havada zərərli maddələrin, tozların buraxılabilən normaları və s.) əsaslanır.
İstehsalat sanitariyası bölməsinə istehsalat müəssisələri ərazisinin sanitariya cəhətdən avadanlıqlaşdırılması məsələləri, istehsalat binaları və qurğularının gigi-yenik məsələləri, sanitariya-məişət qurğuları, ventilyasiya, qızdırma, işıqlandırma, tullantı suların təmizlənməsi və s. daxildir.
Mühitdə meteoroloji amillərin kompleks təsir göstərməsi nəticəsində hava yaranır. Çox illik hava şəraiti isə iqlim yaradır. Sutka ərzində havanın xeyli dəyiş-məsi insan və heyvan sağlamlığına təsir göstərir. Havanın kəskin dəyişməsi nə-ticəsində soyuqlama və yoluxucu xəstəliklər əmələ gəlir.
İnsan və heyvanları meteoroloji amillərin zərərli təsirindən mühafizə etmək üçün xüsusi binalar, altıaçıq və s. yaradılır.
İstehsalat binalarında mikroiqlim parametrləri aşağıdakılardır:
İstilik t°C, nisbi nəmlik φ%, iş yerlərində havanın hərəkət sürəti V.m/san, barometrik təzyiq P,k Пa (mm.civ.süt.). Bu dörd iqlim parametrləri iş yerlərində xarici mühit (normalaşdırmaq) şəraitini normallaşdırır. Əmək mühafizəsinin prak-tikasında əsas dörd mikroiqlim parametrlərinin normallaşdırılmış qiymətləri qəbul edilmişdir. İstiliyin normadan artıq olması ürək-damar sisteminə, su və duz balan-sının pozulmasına təsir edir. Ona görə də insan orqanizmində istilik balansının nizamlanması, xarici mühit şəraitindən asılı alaraq, insan bədənində istiliyin (36,6°C) sabit saxlanılmasını təbiət özü nizamlayır. Mühitin istiliyi 33-35°C-dən artıq olduqda insan orqanizmdən istiliyin mühitə verilməsi, dəri səthindən tər vasitəsilə olur. Belə halda orqanizm su və duz itirir ki, bu da onun həyat fəaliy-yətində əsas rol oynayır. İsti sexlərdə (qazan-xana və s.) fəhlə duzlu və yaxşı qazlı su ilə təmin olunmalıdır. İstiliyin mənfi 15°C-ə qədər aşağı düşməsi nəticəsində orqanizm soyuyur və bədənin ayrı-ayrı sahələri dona bilir. İstehsalat binalarında havanın istiliyini ölçmək üçün müxtəlif konstruksiyalı civə və spirtli termo-metrlərdən istifadə olunur. Havada doymuş su buxarlarının olması orqanizmin istiliyinə müxtəlif təsir göstərir. Artıq nəmlik binada (85%-dən yuxarı) rütubət yaradır.
Havada orta nəmlik (40-70%) insan orqanizminə yaxşı təsir göstərir və bədənin istiliyini artırmır. Nəmliyin normadan aşağı olması (30% -dən aşağı) yaxşı hal deyil belə ki, bədənin səthindən nəmliyin buxarlanması artır və orqanizmin mühafizə xassəsi azalır. Havanın nəmliyi müxtəlif hiqrometrik göstəricilərlə xarakterizə olunur.
Mütləq nəmlik 1m3 havada olan su buxarının çəki miqdarı ilə ifadə olunur. Mütləq nəmlik havada buxar formasında olan suyun miqdarının hesablanması yolu ilə tapılır. Nisbi nəmliyi ölçmək üçün avqust hiqrometrin və aspirasiyon psixo-metrlərindən istifadə edilir. Binalarda havanın hərəkət sürəti insan sağlamlığına müxtəlif təsir göstərir. Yüksək istilikli binalarda havanın dəyişdirilməsi insan orqanizmindən istiliyin verilməsini artırır və onun halını yaxşılaşdırır, aşağı istilikdə isə havanın dəyişdirilməsi insan orqanizminə pis təsir göstərir. İsti vaxtlarda havanın hərəkət sürəti 0,2 m/san, soyuq vaxtlarda isə havanın hərəkət sürəti 0,05-0,1 m/san. artıq olmamalıdır. Yay aylarında havanın hərəkət sürəti 0,3 m/san-dən çox ola bilər. Habelə havanın hərəkət sürəti binalarda ayrılan tozun və başqa zərərli maddələrin çıxarılmasına təsir edir.
Binalarda havanın hərəkət sürəti 0,2 m/san-dən az olduqda, ölçmək üçün katater-mometrlərdən, havanın sürəti 0,2 m/san-dən çox olan yerlərdə isə, çaşqalı və qanadlı anomometrlərdən istifadə edilir.
Atmosfer təzyiqinin dəyişməsi mərkəzi sinir sistemi ilə bütün orqanlara təsir edərək müxtəlif xəstəliklər yarada bilir. Normal atmosfer təzyiqinə nisbətən təzyiqin bir neçə m.m.civə sütunu qədər ani dəyişməsi insan sağlamlığı üçün təhlükə yaradır. Belə hallarda daxili orqanların həyat fəaliyyəti pozulur və ümumi xəstəliklər yaranır.
Atmosfer təzyiqini ölçmək üçün müxtəlif tipli barometrlərdən istifadə edilir.
Mikroiqlim parametrlərini normallaşdırmaq üçün binaların qızdırılması və ventilyasiyası həyata keçirilir. İstehsalat şəraitində havada olan toz və zərərli qazlar normadan artıq olduqda insanlarda dəri, göz və vərəm xəstəliyi yarada bilir. Havada zəhərli qazların normadan artıq olması isə orqanizmdə müxtəlif zəhərlən-mələr yaradır. Bunlar orqanizmə tənəffüs, dəri və həzm yolları vasitəsilə daxil olur. Ona görə də toz və qazların miqdarı normadan artıq olmamalıdır. Binalarda bunların miqdarını (normasını) azaltmaq üçün ventilyasiya tətbiq edilir və belə şəraitdə işləyənlərə müxtəlif tipli respirator və əleyhi qazlar (istifadə edilməlidir) verilir.