BUNLAR IŞ GÜNÜ HESAB EDILIR. Oktyabrın 18-i –Dövlət müstəqilliyi günü.
Noyabrın 12-i – Konstitusiya günü.
Noyabrın 17-i – Milli dirçəliş günü.
Heyvandarlıqda iki növbəli iş rejimi tətbiq edilir. 1-ci növbə saat 7-dən 11-ə qədər
2-ci növbə saat 15-dən 19-a qədər
Sağım işlərində isə
1-ci növbə saat 6-dan 1440- qədər
2-ci növbə saat 13-dən 21-ə qədər davam etməlidir.
Maşınla sağım aparan operator həftədə 6- günlük iş rejimində işləyir.
1-ci növbə saat 540-dan 1240-a qədər
2-ci növbə saat 1540-dan 2240-a qədər davam edir.
İnəkləri sağıma hazırlayan operator bir növbədə işləməklə 80 baş inəyə xidmət etməlidir.
Doğum şöbəsində operator 5 günlük iş həftəsində 8 saat 12 dəqiqə işləməklə 80 baş inəyə xidmət etməlidir. Fermada işləyənlər üçün fasilə 4 saat işlədikdən sonra 30 dəqiqədən 2 saata qədər ola bilər. Həmin fasilə iş vaxtına daxil edilmir.
Heyvandarlıqda istehsalat təhlükəsi və zərərləri. İstehsalat proseslərində insan əməyini birləşdirən əmək alətləri və əmək vasitələ-ridir. Heyvandırlıqda əsas əmək aləti heyvan hesab olunur.
İşçi istehsalat prosesində heyvana qulluq etdikdə müxtəlif enerji növlərindən və maşın, aparat alətlərdən geniş istifadə edir. Bir çox texnoloji əməliyyatlarda kimyəvi maddələrdən istifadə edilir. Ayrı-ayrı proseselərdə yüksək temperatura və təzyiq şə-raitində zərərli maddələr ayrılır. Heyvanlara qulluq etdikdə, xəstə heyvanları müalicə etdikdə və başqa profilaktiki tədbirlər həyata keçirdikdə yuxarıda adları çəkilən isteh-salat amillərinin insan orqanizminə zərərli təsiri nəticəsində insan təhlükəli zonaya düşərək bədbəxt hadisəyə düçar olur və bəzi halllarda isə xəstə heyvanlara qulluq et-dikdə yoluxucu xəstəliyə tutula bilir.
Əmək şəraitini yaxşılaşdırmaq və əmək xəsarətinin proflaktiki məsələlərini öy-rənmək üçün hər bir zərərli və təhlükəli istehsalat amillərini düzgün qiymətləndirmək lazımdır. Zərərli və təhlükəli istehsalat amillərinin insan orqanizminə təsiri nəticəsin-də sağlamlıq və iş qabiliyyəti itirilir.
Heyvandarların əmək şəraiti başqa kənd təsərüfatı işçilərinin əmək şəraitindən fərq-lənir. İstehsat xəsarəti və peşə xəstəliyinin profilaktikası işin xüsusiyyətinə əsasən işlənməlidir.
Təhlükəsiz əmək şəraiti və sağlımlığı təmin etmək üçün təhlkükəli və zərərli is-tehsalat amillərini lazımi dərəcədə öyrənib, mühafizə vasitələrini yaratmaqdır. Bütün hallarda təhlükə yaxud zərərli potensialları vaxtaşırı öyrənib və təyin edib, tədbirlər görmək, onları zərərsizləşdirib aradan qaldırmaq vacib məsələdir.